“YAŞAT” Fondu dəstək tədbirlərini davam etdirir

Vətən müharibəsinin iştirakçısı, çavuş Xəyal Əhmədovun müalicə xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb, məişət şəraiti yaxşılaşdırılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verib.

Qeyd olunub ki, “YAŞAT” Fondu tərəfindən görülən işlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə