“Qaydaları pozma” adlı yeni layihə bu tarixdən başlayır

“Qaydaları pozma” adlı yeni layihə bu tarixdən başlayır

Yol hərəkəti ilə bağlı Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid olan bütün mövzular ətrafında sentyabr ayının 12-dən etibarən həftədə 5 gün olmaqla 2 saat ərzində saat 18:00-20:00 aralığında “Qaydaları pozma” adlı yeni layihəmizə Avto Fm 107.7 dalğasında başlayırıq! SİA xəbər verir ki, verliş radioda yayımlanmaqla yanaşı radionun yotube, facebook, instagram və tik-tok səhifələrindəndə canlı olaraq yayımlanacaq! Hər gün ictimaiyyəti maraqlandıran bir mövzu ilə yanaşı efirə ünvanlanan suallar cavablandırılacaq əlavə olaraq yol polisinin fəaliyyəti ilə bağlı şikayətlər bir-başa icraya yönləndiriləcək digər yəni səlahiyyət dairəsində olmayan məsələlər isə aidiyyatı üzrə səlahaiyyətli qurumlara göndəriləcək! Bu layihə ötən sezonda həftədə iki gün 1 saat olmaqla efirə çıxırdı lakin böyük maraq və sosial media üzərindən cəmiyyətin müsbət mövqeyi qeyd olunan platformada bu işin genişləndirilməsini və daha fərqli formada təqdim esilməsini şərtləndirib. Bir daha bütün sürücülərdən və hərəkət iştirakçılarından bu platformada fəal olmağı, ümumilikdə hər birimizin iştirakçısı olduğumuz yollardakı problemlərin həllinə birlikdə nail olmaq, düzgün istiqamətdə maariflənmək və ən əsası təhlükəsiz formada hərəkəti təmin etmək üçün təbliğat aparmaq üçün dəstəyinizi və diqqətinizi əsirgəməməyi xahiş edirik!

Bütün xəbərlər Facebook səhifəmizdə