YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və İmişli rayon icra hakimiyyətinin əməkdaşları 9 sentyabr 1984-cü il təvəllüdlü, İmişli rayonunun Otuziki kəndində anadan olmuş, 27 oktyabr 2020-ci ildə Vətən müharibəsində Xocavənd rayonu uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş Xüsusi Təyinatlı Qüvvələrin giziri Əli Tədbir oğlu Quliyevin doğum günü münasibətilə ailəsini ziyarət edib. SİA-nın verdiyi məlumata görə, ziyarət zamanı Səfa Ağayev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əli Quliyevin göstərdiyi şücaətdən söhbət açaraq şəhidlərin hər bir Azərbaycan vətəndaşının qəlbində zirvələr fəth etdiyini və ölməzlik qazandığını qeyd edib.
Daha sonra Prezident İlham Əliyevin sərəncamlarına əsasən, “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunan Quliyev Əli Tədbir oğlunun məzarı ziyarət edilərək gül dəstələri qoyulmuş, ruhuna dualar oxunub.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB