Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı avqustun 4-də Lerik və Astara rayonları, eləcə də Lənkəran şəhərindən olan vətəndaşları qəbul edəcək. Qəbul Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində saat 11:00-da keçiriləcək. Qurumun mətbuat xidmətimdən SİA-ya verilən məlumata görə, komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB