“Üzün estetik anatomiyası və disseksiyası” adlı elmi-təcrübi seminar keçirilib - FOTOLAR
Azərbaycanda ilk dəfə olaraq “Üzün estetik anatomiyası və disseksiyası” adlı disseksiya anatomik elmi-təcrübi seminar keçirilib. SİA xəbər verir ki, bu, mübaliğəsiz, estetik kosmetologiya sahəsində çalışan peşəkarlar üçün mühüm bir hadisədir.
Tədbir Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyası və Tibbi Terminologiya Kafedrası, “Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti” İctimai Birliyi və “Aesthetic & Wellness Assosiation” İctimai Birliyinin birgə əməkdaşlığı ilə təşkil olunub.
Bu gün estetik kosmetologiyanın müəyyən aspektlərə görə cərrahi əməliyyatlarla rəqabət apara bildiyini söyləmək mümkünür. Elmi-təcrübi seminarın tətbiqi anatomiya sahəsində yeni biliklər əldə etməyə, inyeksiya texnikasını təkmilləşdirməyə, fəsadların mexanizmlərini və onların qarşısının alınması üsullarını başa düşməyə imkan verən praktiki öyrənmə yanaşmasıdır.
Açılış nitqi ilə "Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti” ictimai birliyinin sədri tibb üzrə elmlər doktoru, professor. Vaqif Şadlinski və "Aesthetic & Wellness World Academy" və "Aesthetic & Wellness Association" ictimai birliyinin təsisçisi Dr. Həcər Cəfərova çıxış etdilər. İnsan Anatomiyası və Tibbi Terminologiya Kafedrasının müdiri Dr. Anar Abdullayev "Üzün İnkişafı. Üz əzələlərinin formalaşması" mövzu üzrə çıxış etdi. Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri Dr. Vaqif Qələndərli “Üzün müxtəlif deformasiyalarının estetik və rekonstruktiv əməliyyatları” mövzu üzrə çıxış etdi.
Kadavra Üzərində Disseksion Nümayiş kurs mütəxəssisi, həkim-stomatoloq, inyeksion kosmetologiya üzrə beynəlxalq təlimçi, “International Academy of Aesthetic Procedures”in üzvü Dr. Səbuhi Əbilov tərəfindən keçirildi.
Onun sözlərinə görə, seminarda iştirak edən hər bir mütəxəssis öz peşə fəaliyyətində yüksək nəticələr əldə etmək imkanı əldə edir.
“Kursun iştirakçıları üz anatomiyasının quruluşunu, üzün qan damarlarının mürəkkəb quruluşunu, tənəffüs yollarının quruluşunu birbaşa öyrənmək imkanı əldə edirlər. Siz, əlbəttə ki, bütün bunları kitablardan, video yayımlardan öyrənə bilərsiniz, lakin bu, heç bir halda praktik təcrübənizi əvəz edə bilməz", - deyə Dr. Səbuhi Əbilov bildirib.
Xaricdə, xüsusən də Avropa və Türkiyədə belə kurslar tez-tez keçirilir. Müasir təhsil sistemində belə bir anlayış var ki, insan siması ilə, üz ilə işləyən mütəxəssislər mütləq şəkildə çoxlu praktik təcrübə qazanmalıdırlar.
Bu seminar estetik kosmetologiya sahəsində çalışan mütəxəssislərə istiqamətlənməsinə baxmayaraq, LOR mütəxəssisləri, stomatoloqlar, cərrahlar, limfoloqlar, patoloqlar, dermatoloqlar, eləcə də Azərbaycan Tibb Universitetinin tələbələri də seminarda iştiraka böyük maraq göstərmişlər.
Qeyd edək ki, sonuncu seminarın həmtəşkilatçısı olan Aesthetic & Wellness Association (Estetik və Sağlamlıq Assosiasiyası) gözəllik və kosmetologiya sənayesi sahəsində mütəxəssisləri və işəgötürənləri birləşdirən peşəkar bir icmadır (Azərbaycan Ədliyyə Nazirliyinin 2021-ci il noyabr tarixli qeydiyyata alınıb ).
Bu Assosiasiya Aesthetic & Wellness World Academy ilə birlikdə SPA sənayesində çalışan mütəxəssislər üçün peşəkar təhsil və qabaqcıl təlim təmin etmək üçün səylər göstərir. Belə ki, ixtisaslaşdırılmış kurslar çərçivəsində artıq onlarla mütəxəssis hazırlanıb.
Onu da xatırladaq ki, 2021-ci ildə Azərbaycanda dövlət səviyyəsində “KOSMETOLOQ”, “KOSMECEVT”, “MASAJÇI” kimi peşələr üzrə standartlar təsdiq edilib. Aesthetic & Wellness Association (Estetik və Sağlamlıq Assosiasiyası) və AWWA tərəfindən Azərbaycanda təşkil olunan kurslar bu standartlara tam uyğundur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB