Prezident İlham Əliyevin kraliça II Elizabetə Qarabağ atı hədiyə etməsi ilə bağlı İsveçrə mediasında məqalə dərc olunub

İsveçrənin securnews.ch internet saytında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Elizabetə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hədiyyəsi – “Şöhrət” adlı Qarabağ atının təqdim olunması ilə bağlı məqalə dərc olunub.

SİA-nın məlumatına görə, məqalədə bildirilir ki, son zamanlar ictimaiyyətdə nadir hallarda görünən 96 yaşlı Kraliça Vindzor qəsrində gözlənilmədən üzündə xoş təbəssümlə xüsusi hədiyyə qəbul edib. Azərbaycan Respublikasının Atçılıq Federasiyasının iştirak etdiyi və Kral ailəsi üzvlərinin şərəfinə ənənəvi təşkil edilən Vindzor Kral Atçılıq Şousundan sonra Kraliçaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hədiyyəsi – “Şöhrət” adlı Qarabağ atı təqdim olunub.

Bununla yanaşı, Azərbaycanın tanınmış heykəltəraşı Faiq Hacıyevin yaratdığı “Alxan” adlı Qarabağ, “Qalxan” adlı Dilbaz atlarının heykəlləri də umumi hədiyyənin tərkib hissəsi olaraq Kraliçaya təqdim edilib.

Daha sonra məqalədə Azərbaycandan olan iştirakçılar və onların çıxışları ilə bağlı məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...