Sülh gündəliyimizdə Cənubi Qafqaz regionunda əməkdaşlıq nəzərdə tutulur

Sülh gündəliyimizdə Cənubi Qafqaz regionunda əməkdaşlıq nəzərdə tutulur

2022-ci il aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycana 23 ölkədən 40 konfrans iştirakçısı gəlmişdir. Bu tədbir “Beynəlxalq Şuşa Forumu” kimi yeni ad altında təşkil edilmişdir. Konfrans iştirakçıları Şuşa şəhərinə səfər edərkən, onlar azad edilmiş Qarabağda bir sıra yenidənqurma və inkişaf layihələri – Füzulidəki hava limanı və yeni Zəfər yolu ilə tanış olmuşdular.Səfər zamanı qonaqlar erməni işğalından sonra erməni barbarlarının özlərinə məxsus vandallıqlarının da şahidi olmuşlar.

Beynəlxalq konvensiyaları kobud pozan ermənilər bəzi rayonlarda, Kəlbəcərdə, Laçında, qismən Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirmişlər. Qarabağı və Şərqi Zəngəzuru yenidən qurmaq üçün genişmiqyaslı planların hazırlanması , icra işlərində beynəlxalq şirkətləri bu işlərə cəlb etmək və beynəlxalq ictimaiyyətə formalaşmış yeni reallıqları göstərmək ən ümdə vəzifələrdən biridir. Prezident İ.Əliyev Qafqazda yeni eranı, sülh və əməkdaşlıq erasının fəal şəkildə həyata keşirilməsində başlıca rol oynayır. Belə ki, Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipinin Ermənistan tərəfindən təsdiq olunması, Ermənistan sərhədlərimizin delimitasiya prosesinə başlamaq üçün razılıq verməsi mühüm hadisədir. Sülh gündəliyimizdə nəinki Azərbaycan ilə Ermənistan arasında əlbəttə ki, Cənubi Qafqaz regionunda da əməkdaşlıq nəzərdə tutulur.

Xəzər dənizinin o tayında olan qonşularımızla münasibətlər uğurla inkişaf edir və onların hər biri ilə bizim konkret əməkdaşlıq istiqamətimiz var. Ən böyük hissə nəqliyyatla əlaqəlidir. Çünki Azərbaycan Türkiyə ilə dəmir yolu bağlantısı, dəniz limanı və avtomagistrallar kimi bütün nəqliyyat və logistika layihələrini tamamladıqdan sonra artıq önəmli nəqliyyat qovşağına çevrilib. Açıq dənizə çıxışımızın olmamasına baxmayaraq, biz şərq-qərb və cənub-şimal nəqliyyat dəhlizlərində fəal iştirak edirik. İndi isə bu layihələrə daha çox ölkələr cəlb olunur.

Beynəlxalq dəstəyə gəldikdə, təəssüf ki, bu günədək biz heç bir beynəlxalq təşkilatdan hər hansı bir dəstək almamışıq. Görülən bütün işləri öz hesabımıza görürük. Biz bir neçə beynəlxalq şirkətlə müqavilə bağlamaq istədik ki, bizə prosesi sürətləndirməyə kömək etsin. Lakin onların təklif etdiyi xidmət haqqı bizim minatəmizləmə agentliyimizə başa gələn qiymətdən bir neçə dəfə artıq oldu. Onlar bu işə kommersiya nöqteyi-nəzərdən yanaşdılar və biz bunu anlaya bilərik, çünki bunlar özəl şirkətlərdir. Ancaq onlar bir kvadratmetr əraziyə astronomik qiymət tələb edirlər, bu isə bizim işimizə yaramır.

Nəqliyyat dəhlizlinin qısa müddətdə reallaşdırılmasını istəyirik. Ermənistan, nəhayət, qərar verməlidir ki, onlar bunu necə görmək istəyirlər. Biz həqiqətən də Zəngəzurdan yoxlamasız keçid məsələsinə sadiqik və Ermənistanın bunun bir hissəsi olması üçün biz, hətta elektrik xətləri haqqında düşünə bilərik. İranla imzaladığımız anlaşma memorandumunda biz avtomobil və dəmir yolları ilə yanaşı, elektrik kabellərinin keçidi ilə bağlı məsələləri əks etdirmişik. Çünki bu da elektrik enerjisinin ixracı yollarından biridir. Ümumilikdə Azərbaycanın inteqrasiyası və gələcək inkişafı ilə bağlı - Azərbaycanda biz regionların beşillik inkişafı planları əsasında işləyirik, bu, regionların inkişafı proqramı adlanır.

Beləliklə, Ermənistan hökuməti və ölkənin siyasi spektrinin bunu tam olaraq dərk etməsi və qisas almaq cəhdlərindən birdəfəlik əl çəkməsi vacibdir. Birincisi, bu qeyri-məhsuldardır, çünki bunun baş verməsi Ermənistan üçün əvvəlkindən daha ağrılı olacaq. İkincisi isə bu, regionun və beynəlxalq ictimaiyyətin tələblərinə zidd olacaqdır. Həmin tələblər isə regionda nəhayət ki, davamlı sülhə nail olunmasından ibarətdir.

Dövlətimizin mühüm məqsədi Qarabağı dünyanın ən çiçəklənən və dinc bölgəsinə çevirməkdir! Prezident İlham Əliyevin həm daxili, həm də xarici siyasətinin təməli regionda sülhü qorumaq və qonşu dövlətlərlə mehriban şəraitdə yaşamaqdır.

Firəngiz Xəlilova

Xəzər rayonu 234 nömrəli tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə