Sovet dönəminin məscidləri qadağa altında idi - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ
“Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dinlə bağlı Sovet dönəminin bütün qadağaları ləğv edildi. Azərbaycan xalqı 70 illik Sovet dönəmindən sonra öz dini bayramlarını sərbəst, rahat və azad şəkildə keçirməyə başladı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov bildirib.

Onun sözlərinə görə, Novruz, Ramazan, Qurban bayramı ilə bağlı xalqın uzun illər boyu gizli saxladığı, amma yaddan çıxarmadığı ənənələr, adətlər yenidən cəlb edildi. Lakin bu da hələ hər şey demək deyildi. Sovet dönəminin məscidləri qadağa altında idi, hətta istiqaməti, yönü dəyişilmişdi. Bəziləri fabriklərə, zavodların əşyalarını saxlamaq üçün anbarlara çevrilmişdi. Cəmi fəaliyyət göstərən məscidlərin sayı 17 ədəd idi. Amma müstəqillikdən sonra Azərbaycan dövlətinin gördüyü işlər, din və dövlət münasibətlərinin tənzimlənməsi və inkişafı ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Öz dini dəyərlərini qiymətləndirdi. Dini dəyərlərinə dərin hörmət və ehtiram göstərməyi bacardı. Dövlət də dinin inkişafı üçün əlindən gələni etdi.
Doğrudur, Azərbaycan Konstitusiyasına görə din dövlətdən ayrıdır. Amma Azərbaycan vətəndaşı Azərbaycan dövlətindən və hakimiyyətindən ayrı deyil. Bu mənada da dini dəyərlərin təbliği ilə bağlı ali məktəblərə, ali təhsil verən dini məktəblərə böyük ehtiyac var idi.
O cümlədən ilk əvvəl hətta SSRİ dağılmamış Qafqaz Müsəlmanları İdarəsi daxilində əvvəl mədrəsə sonra isə ali məktəb yaradıldı. Amma dövlət bu münasibətləri inkişaf etdirmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunu yaratdı. Buranın açılışını isə dövlət başçısı cənab İlham Əliyev etdi. Bu isə təbii ki, dövlətin dini təhsilə verdiyi dəyərlə bağlıdır.
Din və İslam dininin müqəddəs kitabı olan Qurani-Kərim ilk kəlməsi oxu sözü ilə başlayır. Təhsil, elm dünyanın harasında olmasından asılı olmayaraq, insan müqəddəs Qurani-Kərim bunu tövsiyyə edir. Azərbaycan tolerantlıq baxımından bütün dünyaya nümunədir. Azərbaycan İlahiyyat İnstitutu da Azərbaycanın gələcək inkişafı üçün din və dövlət münasibətlərinin inkişafına öz töhfəsini verəcəkdir”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB