Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "İsmayıllı İntellektual Oyunlar Klubu tərəfindən təşkil olunmuş "Qalib Gəncliyimizin Zəfər Kuboku" layihəsinin seçim turlarının təşkilinə başlanılıb. SİA-nın verdiyi məlumata görə, layihənin icra planına uyğun olaraq ilk seçim turu 29 mart 2022-ci il tarixində İsmayıllı, 30 mart tarixində isə Qəbələ şəhərlərində intellektual oyunlar və Vətən müharibəsinin iştirakçıları ilə görüşlər təşkil ediləcəkdir. Daha sonra isə Ağsu rayonunda seçim turu təşkil edildikdən sonra final mərhələsi keçiriləcək.
08 aprel 2022-ci il tarixində Şamaxı şəhərində keçirilməsi planlaşdırılan final oyununda seçim turlarından keçmiş 15 komanda Zəfər Kuboku uğrunda mübarizə aparacaq.
Qalib gələn komandalar təşkilat tərəfindən kubok, medal və layihə tərəfdaşları tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB