Novruz dünyanın müxtəlif adət-ənənələri ilə qeyd olunan Yeni il və ya Bahar bayramıdır. Bu gün Novruz bayramıdır, qış öz yerini bahara təhvil verir. Türk-müsəlman dünyasında geniş miqyasda qeyd olunur. Novruz Azərbaycanın milli, tarixi, mədəniyyət ənənələrini özündə əks etdirən baharın gəlişinin qeyd olunduğu bayramdır. Novruz yazın ilk günüdür və Günəş şüaları ekvatora düz bucaq altında düşür və gecə ilə gündüzü bərabərləşdirir. Həmçinin, həm şimal, həm də cənub qütbləri eyni anda günəşin çıxma xəttindədir və gün işığı hər iki yarımkürə arasında bərabər paylanır.
Azərbaycanlılar bayram süfrəsinə ciddi diqqət yetirirlər. Süfrədə adları da "s" hərfi ilə başlayan yeddi ünsür olmalıdır. Bura sumax, sirkə, süd, səməni, su, səbzi, "s" hərfi ilə başlayan xörəklər daxildir. Bunlardan başqa masanın üstünə içərisi qoz-fındıq, şabalıd, şirniyyatla dolu xonça qoyular güzgü və şamlar düzülər. Güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam - od, işıq deməkdir (insanı bədnəzərdən qoruyur), güzgü aydınlıq rəmzidir.
Azərbaycana yazın gəlişini simvolizə edən, çox qədim zamanlardan xalq arasında bir ənənəyə çevrilən qədim xalq bayramıdır.
Novruz bayramı Azərbaycanda mənşəyi ən qədim bayramlardan biridir. Bəziləri bu bayramı dini bayram kimi gürür, bəziləri isə bu bayramın atəşpərəstlikdən yarandığını və atəşpərəstliklə bağlı olduğunu düşünür.
Novruz bayramı ilə əlaqədar bir sıra dahi sənət insanları da öz xüsusi görüşlərini demişlər. Əbu Reyhan Biruni Novruz bayramını öz əsərlərində təsvir edərkən bildirmişdir ki, Novruz bayramı hər hansı bir dini bayramla əlaqəsi yoxdur, bu bayram təbiətin canlanması yeni fəslin gəlişi ilə əlaqəli dünyəvi bir bayramdır.
Qədim dövrdə İlaxır bayramı, yəni əcdadların ruhu şərəfinə keçirilən bayram bilavasitə Novruzdan əvvəlki gecə, yəni ilin axırıncı gecəsi qeyd edilirdi və həmin gecənin səhərisi yeni ilin ilk günü olan Novruz gəlirdi. İlaxır günündən sonra Novruz bayramı gəlir. Çox təntənəli və parlaq keçən İlaxır bayramı ilə müqayisədə Novruz bayramı sakit və təmkinli bir şəraitdə qeyd edilir. Novruz süfrəsində də bayram xörəkləri və şirniyyat mühüm yer tutur. Novruzun səhərisi günü insanlar bir-birinin görüşünə gedib, hədiyyələr verir və bir-birini təbrik edirlər. Yaşlı və xəstə adamları ziyarət etmək xüsusilə vacib sayılır. Novruz günləri insanlar yaxın adamları ilə gəzintiyə çıxır, müxtəlif idman yarışları keçirir, uşaqlar maraqlı oyunlar oynayırlar. Bəzən toy mərasimlərini də Novruz günlərinə saxlayırlar. Belə hesab edilir ki, Novruz günlərində təməli qoyulan ailə möhkəm olacaqdır. Hələ qədimdən gələn ənənəyə əsasən Novruz bayramı, Novruz əhval-ruhiyyəsi beş gündən on beş günədək davam edə bilər. Azərbaycanın bəzi bölgələrində deyilir ki, “Novruzun birinci günü sultandır, ikinci günü yazdandır, üçüncüsü yaydan, dördüncüsü payızdan, beşinci gün isə qışdandır”. Hər gün bir fəslin adı ilə əlaqələndirilir və belə hesab edilir ki, həmin gün hava necə keçmişsə (isti, soyuq, günəşli və ya yağmurlu) həmin ilin müvafiq fəsli də elə keçəcəkdir.
Novruz sevinc və xeyirxah işlər bayramı olduğu kimi, həm də təbiətin oyanmasını, əkinçilik işlərinin başlanmasını bildirən bir bayramdır. Ona görə də bayram günləri tədricən bahar fəslinin gərgin iş rejimi ilə əvəz olunur. Ancaq, Novruz haqqında deyilən qədim rəvayətə əsasən insanlar düşünürlər ki, “Novruz bayramını şən keçirən adamlar növbəti Novruza qədər də sevinc və şadlıq içərisində yaşayacaqlar”.
Qeyd etdiyimiz kimi Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyi 21 mart tarixində qeyd olunur. Novruzdan əvvəl isə dörd həftə ardıcıllıqla hər çərşənbə günü başqa – başqa adla qeyd olunur hansılar ki, aşağıda sıralanıb:
İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi adətən havaların yavaş – yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst – üstə düşür.
İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır və insanlar həyətlərində tonqallar qalayıb evlərində hər ailə üzvünə görə bir şam yandırırlar.
Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Bu isə demək olar küləyin hesabına əmələ gəlir. Necə ki tozlanma vaxtına çatmış tumurcuqları külək tərpədərək onları tozlanması üçün birləşdirir.
Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır. Bütün bu dörd həftə ərzində ən birinci Su çərşənbəsi ilə təbiət torpağı suladı, Od çərşənbəsində torpağı qızdırdı, yel çərşənbəsində təbiəti oyatdı indi isə sıra torpaqdadır əkin yerlərində işlər elə məhz Torpaq çərşənbəsində başlayır.
Qönçə Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB