2 fevral - Azərbaycan Gəncləri Günüdür. Bu gün 1997-ci il Ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Heydər Əliyev gənclərə hər zaman diqqət və qayğı göstərmişdir. Onun davamçısı Ali Baş Komandan cənab Prezident İlham Əliyev də hər zaman gəcləri öz diqqət mərkəzində saxlamışdır. Şərqi Avropa ölkələri və MDB məkanı arasında ilk dəfə olaraq Gənclər Günü Azərbaycanda qeyd olunmağa başlayıb. 1996-cı ildən etibarən MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başlayıb. Hər il ölkəmizdə Gənclər günü ilə bağlı tədbirlər, konfranslar keçirilir. Hər il gənclərin inkişafı üçün müəyyən tədbirlər planı hazırlanır və tədbiq edilir.
Bəs görəsən şəhər sakinləri Gənclər günü ilə bağlı nə fikirləşirlər? SİA olaraq paytaxt sakinləri arasında sorğu keçirdik.
Şəhər sakini Bəhruz Budaqov: "Gənc olmaq gözəldir. Hər gənc gəncliyinin qiymətini bilməlidir. Gəzməliyik, yeni yerlər kəşf etməliyik. Çoxlu kitablar oxumaq, dünyanı səyahət etmək lazımdır. Hər şey öz vaxtında gözəldir".
Şəhər sakini Nəzrin Heyədərova: "Bəli, 2 fevral Gənclər günüdür. Gənclərimiz hər zaman özünü inkişaf etdirir, çalışırlar. Mən hər zaman çalışmışam ki, özümü inkişaf etdirim. Bir gənc kimi öz həyatımı yaşayım. Həyatımdan razıyam. Dostlarımla birlikdə zaman keçiririk. Gəclərimizin Gənclər gününü təbrik edirəm. Hər zaman dik duruş sərgiləyib öz həyatlarını yaşasınlar".
Şəhər sakini Əminə Nəbiyeva: "Mən də gənc olmuşam. Gözəl günlər olub. Gənclik gözəl bir dövrdür. İndi gənclər üçün hər cür şərait yaradılıb. Bizim dövrümüzdə həyat bu qədər inkişaf etməmişdi. İndiki gənclərə nəsihətim odur ki, hər zaman böyüklərinə qarşı hörmətlə yanaşsınlar, uşaqlara qarşı anlayışlı olsunlar. Onlar bizim gələcəyimizdir".
Şəhər sakini Şəhanə Salahova: "Mənə elə gəlir ki, Azərbaycan gənci hər zaman öz hərəkətləri ilə öndədir. Vətən müharibəsi zamanı da ordumuzun çox hissəsi gənclərimizdən təşkil olunmuşdur. Məğrur, mərd gənc igidlər vətənimizi qorumuş, torpaqlarımızı işğaldan azad etmişdir. Mən fəxr edirəm ki, Azərbaycan gənciyəm".
Şəhər sakini Nigar Mirzəyeva: "İlk olaraq Gənclər günü münasibətilə Azərbaycan gənclərini təbrik edirəm. Mən də bir gənc kimi Azərbaycanı təmsil etməkdən qürur duyuram. Yüngül atletika ilə bir müddət məşğul olmuşam. Düşünürəm ki, ölkəmizdə gənclərin inkişafı üçün bir sıra tədbirlər görülüb".
Şəhər sakini Vəfa İsgəndərli: "Bir millət gələcəyini güclü qüvvətli möhkəm görmək istəyirsə gəncliyinə olan ümidlərindəndir. Öz gənclərini vətənpərvər ruhda böyüdür, milli mənəvi dəyərləri ötürə bilirsə deməli həmin xalqın güclü gələcəyi olur. Biz gənclər əlimizdən gələn qədər öz vətənimizin inkişafı üçün çalışmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB