Dünyada koronavirusa yoluxmada rekord artım qeydə alınıb

Ötən həftə ərzində "omikron" ştammının yayılması ilə əlaqədar dünya üzrə koronavirusa yoluxma hallarının sayında rekord artım qeydə alınıb.

SİA-nın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

Məlumata əsasən, son bir həftə ərzində dünyada 21 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 50 minə yaxın insan isə koronavirusdan ölüb.

Bildirilir ki, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 5 faiz, ölüm hallarının sayı isə 1 faiz artıb.

"Yanvarın 17-dən 23-dək koronavirusa 21 362 288 nəfər yoluxub, 49 890 nəfər isə koronavirusdan ölüb, bu isə öncəki həftə ilə müqayisədə müvafiq olaraq 5 və 1 faiz çoxdur", - deyə bülletendə bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə