Numerologiya elmi nədir? - XROMANT MÜNASİBƏT BİLDİRDİ

“Numerologiya çox perspektli bir elmdi. Bu elmin tarixi kökləri eradan 6 min il əvvələ gedib çıxır. Numerologiya elmi ilk dəfə Pifaqor tərəfindən istifadə olunmuş və onun davamçıları tərəfindən inkişaf etdirilmişdi”. Bu sözləri SİA-ya açıqlamasında xromant, psixoloq Vahid Məcidov bilidirib.

Onun sözlərinə görə, bu elm müsəlman ölkələrində “Əbcəd hesablaması” xristianlarda isə “Numerologiya” adlanır. Bəzi kitablarda olan məlumatlara görə, hətta Həzrəti Əli “Əbcəd hesablaması” ilə yaxından tanış olmuşdu. Riyaziyyatçı alimlərin fikirlərinə görə, dünyanı rəqəmlər idarə edir. Mən bu fikirlə tamamilə razıyam. Doğulduğumuz tarix, gün və saat bizim kodlarımız hesab olunur. Həmin kodlar hesablanır və alınmış nəticədə insanın xasiyyəti, xarakteri və hansı sənədə uyğun olması məlum olur.

Digər tərəfdən bu kodlar bizə həyatdakı partnyorlarımızla bağlı məlumatlar verir. Özüm bu sənətlə yaxından məşğul oluram. Təkcə Azərbaycanda deyil, Rusiyada fəaliyyət göstərirəm. Azərbaycanda 2 mindən çox insan evlənərkən və sənət seçərkən mənə müraciət edərək əbcəd tarixlərini hesablatdırmışdılar. Çünki buradakı rəqəmlər uyğun gələrsə, münasibətlər daha yaxşı qurulur. Bir çox dünya dövlətlərində bu sənətdən geniş şəkildə istifadə olunur və inkişaf edir. Lakin Azərbaycanda bu elmə olan maraq faizi çox aşağıdı.

Mən bu sənətdən, sadəcə, insanların rifahı üçün istifadə edirəm. Buna görə də çox xoşbəxtəm ki, bu elmlə məşğul olub, insanların həyatında müsbət yönümdə rol oynamışam. Mən xronomiya elmini əbcəd hesablaması ilə edirəm. İnsanların əlində olan müəyyən cizgilər onların həyatları ilə bağlı müəyyən məlumatları öncədən bilir, yaranacaq problemlərin qarşısını alırlar. Mən tövsiyə edərdim ki, bizim ölkədə bu elmdən geniş şəkildə istifadə olunsun və inkişaf etdirilsin”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə