Konsentrasiyanın pozulmasına səbəb olan AMİLLƏR NƏLƏRDİR? - QİDA MÜTƏXƏSSİSİ AÇIQLADI
“Konsentrasiyanın pozulmasının səbəblərinə baxdıqda tək qidanın üstünə köklənmək olmaz”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

“Çünki, bunun psixoloji səbəbləri də var. Depressiya, əsəbilik, stress və yaxud insan var ki, gözləyir ki, kimsə ona qayğı göstərsin. Məsələn, uşaq istəyir ki, ana-ata nəvazişi görsün. Qadın öz həyat yoldaşından diqqəti nəvazişi görmədikdə əsəb, stress, depressiya halları baş verir. Eyni zamanda psixoloji səbəblərdən başqa ekoloji səbəblər də var, yəni havanın, dənizin çirklənməsi də konsentrasiyanın pozulmasına səbəb olur. Çox vaxt deyirlər ki, şəhər yerlərində yaşayan insanlarda konsentrasiya pozğunluğu kənd yerində yaşayan insanlara görə az olur. Lakin bu yalnış bir fikirdi. Əslində hava çirkliliyi elə ən çox şəhər yerlərində gözə çarpır ki, bu da konsentrasiya pozuntusuna səbəb olan amillərdən biridir. Siqaret çəkmək, sosial münasibətlərin pozulması və yaxud spirtli içkilərdən istifadə konsentrasiyanın pozulmasına səbəb ola bilər. Təbii ki, bunun fiziki səbəbləri də var, fiziki səbəblərdə də başda qidalanma gəlir. Vitamin və mineral çatışmamazlığı, yuxu pozğunluğu konsentrasiyanın pozulmasına gətirib çıxarır. Ona görə də mən, məsləhət görərdim ki, saf sudan daha çox istifadə olunsun. Eyni zamanda duzdan istifadə edəndə də diqqətli olmalıyıq. Çünki, duzun tərkibində minerallar, yod və s. bizə lazım olan elementlərdir. Duzu da istehlak edəndə hansı duzu istifadə etdiyimizin diqqətinə varmalıyıq.
Mən nəyə görə həmişə Naxçıvan duzunu məsləhət görürəm? Çünki, bizim yerli, Allahın bizə verdiyi məhsuldur, təbiidir və ora heç bir qatqı maddəsi qatılmır, tərkibində isə 84 dənə mineral var. Ona görə də yeməklərimizi Naxçıvan duzu ilə bişirməliyik. Düşünürəm ki, mineral çatışmazlığını aradan qaldırmaq üçün süfrə duzundansa, Naxçıvan duzundan istifadə etmək lazımdır. Vitaminlərə gəlincə isə təbii ki, B kompleks vitaminlər lazımdır. Burada başda B12 gəlir, hansı ki biz onu qırmızı ət məhsullarından, qaraciyərdən alırıq. Təbii ki, bizim qida rasionumuzda həftəlik qırmızı ətin yeri vacibdir, amma bu o demək deyil ki, biz bir oturuma bir kilo qırmızı ətin kababını yeməliyik, yəni bu da yalnış yanaşmadır. Nəzərə alsaq ki, bizə B12 lazımdır və biz onu qırmızı ətdən alırıq, həmin qidanı həftəlik rasiona salıb, həftədə 2 dəfə istehlak edə bilərik. Əvəzolunmaz yağ turşuları var ki, bunlar olein, linolin, Omeqa 3-dür. Hansı ki, Omeqa 3 balıqda, zeytun yağındadır. Səhər yeməyi ardıcıllığında isə birinci yumurta olmalıdır, zeytun, zeytun yağı, ağartı məhsulları olmalıdır və səhər yeməyində meyvə və tərəvəzi də digər qidalarla əvəz etməməliyik. Sağlam bir səhər yeməyi bizi axşama qədər tox tutar, hafizəmizi gücləndirər.
Axşam da qida rasionumuza balığın buğlamasını, soyutmasını, onu sobada bişmiş halda və yanında tərəvəzlərlə yemək vacibdir. Eyni zamanda konsentrasiyanın pozulmaması üçün stresdən uzaq olmaq lazımdır, fiziki aktivlik, meditasiya olmalıdır və sakitləşdirici musiqilərə qulaq asıb yoqa ilə məşğul olmaq vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB