Ümumiyyətlə intihar edən və ya buna cəhd edən şəxslər ölmək istədikləri üçün deyil, artıq onlara yaşamaq çətin olduğundan bu yola əl atırlar. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova bildirib.
Onun sözlərinə görə, müşahidələr onu göstərir ki, daha çox bu proses gənclər və yeniyetmələr arasında baş verir: “Çünki hansısa bir hadisə və yaxud da atdıqları hər hansısa hərəkət valideynləri tərəfindən birmənalı qəbul edilməz və bağışlanmayacaq kimi qəbul edirlər. Bu zaman da başqa bir çıxış yolunun olmadığını düşünərək bu yola addım atırlar. Əksəriyyət hallarda valideynlərindən öz yaxınlarından çəkinən insanlar kiçik bir səhvlərində belə bu yolu seçirlər. Ümumi olaraq insanların tənqidindən qaçmağa çalışırlar. Təbii ki, səbəblər müxtəlif olur. Əsas səbəblərdən biri digər şəxslər tərəfindən xüsusilə də yaşıdları və yaxud da özlərindən böyük şəxslər tərəfindən təhdidlərə məruz qalırlar. Yenə də ciddi nəzarət altında olan uşaqların həyatında baş verir bu proseslər. Eyni zamanda digər bir səbəb isə aslılıqların olmasıdır. Bura narkotik maddələrdən istifadə, spirtli içkilər, müxtəlif dərmanları uzun müddət istifadə etdikdən sonra isə insan artıq özünü idarə edə bilmir. Nəticə etibarilə də intiharlara sürüklənir. Gənclərə və yeniyetmələrə səslənərək demək istəyirəm ki, hər hansısa bir zaman daxilində bizə çarəsiz görünən problemlərin hər birini həll etmək olur. İntihar çıxış yolu deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB