Ermənistan dünyanın ən bədbəxt 7 ölkəsindən biridir

Ermənistan dünyanın ən bədbəxt 7 ölkəsindən biridir
Ermənistan dünyanın 7 ən bədbəxt ölkəsindən biridir.

SİA xəbər verir ki, bunu müstəqil araşdırma assosiasiyaları “Gallup International” və “Romir” tədqiqat holdinqinin keçirdikləri sorğunun məlumatları sübut edir.

“Romir” holdinqinin “Novosti-Armeniya” agentliyinə verdiyi məlumatda qeyd edilir ki, sorğu zamanı Ermənistan sakinlərinin 42%-i öz həyatlarından “nə razı, nə də narazı” olduğunu, 14%-i narazı olduğunu, 5%-i çox narazı olduğunu bildirib. Sorğunun nəticələrinə əsasən Ermənistan xoşbəxtlik indeksinin ən aşağı olduğu 10 ölkə sırasındadır. Rəyi soruşulan ermənilərin 30%-i öz həyatlarından razı, 9%-i isə çox razı olduqlarını qeyd ediblər.

Qeyd edək ki, xoşbəxtlik indeksi xoşbəxt və bədbəxt həyat arasındakı fərqdir. Dünyada həyatından razı və narazıların fərqindən ibarət olan “xoşbəxtlik indeksi” ən yüksək 5 ölkədən biri də Azərbaycandır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня