Yunanıstanda avtobusun üzırində yazılmış “Şuşa Azərbaycandır” reklamı

Yunanıstanın Saloniki şəhərində ictimai nəqliyyatda “Şuşa Azərbaycandır” sözləri yazılmış Azərbaycan reklamı Ermənistan səfirliyini hərəkətə keçirib. SİA xəbər verir ki, Yunan-Ermənistan Ticarət Palatasının və Ermənistan Milli Komitəsinin bu barədə səyləri isə bir nəticə verməyib.

Saloniki şəhəri administrasiyasından verilən xəbərə görə, bu, ermənilərin sübut etməyə çalışdıqları kimi siyasi və təxribatçı şüar deyil, reklam xarakterli banerdir. Bu da bütün normalara cavab verir.

Ermənistanın Yunanıstandakı səfiri Tiqran Mkrtçyan jurnalistlərə bildirib ki, bu erməni-yunan dostluğuna ziyan vuran hərəkətdir: "Azərbaycanın bu cür hərəkətlərini təkcə Yunanıstanda deyil, digər ölkələrdə də gözləmək olar. Belə addımla onlar Ermənistan-Yunanıstan münasibətlərinə müəyyən gərginlik gətirməyə çalışırlar”.

Bütün xəbərlər Facebook səhifəmizdə