Siyavuş Novruzovun ailəsinə ağır itki üz verib

Bakı Dövlət Universitetinin (BDU) müəllimi, filologiya elmləri doktoru, professor Məmmədəli Novruzov vəfat edib. SİA xəbər verir ki, bu barədə mərhum professorun yaxınları məlumat verib.

M.Novruzov 65 yaşında uzun sürən şəkər xəstəliyindən dünyasını dəyişib. M.Novruzov BDU-nun Türkologiya kafedrasında çalışırdı.

Qeyd edək ki, M.Novruzov 1956-cı il martın 28-də Naxçıvanın Babək rayonunun Cəhri kəndində doğulub. 1973-1978-ci ıllərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində təhsil alıb.

1985-ci ildən BDU-nun Türkologiya kafedrasında baş müəllim, dosent işləyib, 2006-cı ildən isə universitetin professoru idi.

Xatırladaq ki, M.Novruzov Milli Məclisin deputatı Siyavuş Novruzovun qardaşıdır.

Onu da qeyd edək ki, mərhum uzun müddət "Səs"qəzetində "Məmmədəli Qıpçaq" imzası ilə fəaliyyət göstərib. "Səs" qəzetinin kollektivi də M.Novruzovun vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir.

Bütün xəbərlər Facebook səhifəmizdə