"Cəmiyyətin həssas təbəqəsi dövlət qayğısı ilə əhatə olunub" - DEPUTAT ŞƏRH ETDİ
“Ümumilikdə şəhid ailələrinə və Qarabağ müharibəsində xəsarət alaraq əlil olmuş şəxslərə diqqət və qayğı Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət qarşısında qoyulmuş prioritet sahələrdən biridir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputatın sözlərinə görə, bu günə kimi bu sahədə görülən işlər bir daha göstərir ki, dövlət bu koteqoriyadan olan insanlara hər zaman diqqət və qayğı ilə yanaşıb: “Bu günə kimi cəmiyyətin həssas təbəqəsindən olan şəxlərə 10 mindən çox mənzilin verilməsi, təkcə 2020-ci ildə 1572 mənzilin, yaxud fərdi evin və 2021-ci ildə 3 minə yaxın şəhid ailəsi və qazilərimizin evlə və müasir avtomobillərlə təmin olunması Azərbaycan dövlətinin, cənab Prezidentin bu koteqoriyadan olan insanlara qayğısının bariz nümunəsidir”.
C.Osmanov vurğulayıb ki, birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən qazilərimiz ən müasir protezlərlə təmin edilib. Onların məşğulluğunun təmin edilməsi yönündə çox sayda işlər görülüb. Bütün bunlar hər biri ölkə prezidenti cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün cəmiyyətin həssas təbəqəsi dövlət qayğısı ilə əhatə olunurlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB