Kəlbəcər məktəblərində “Yay məktəbi” başlayıb - VİDEO

Təhsil Naziri Emin Əmrullayevin sərəncamı ilə Azərbaycanın orta məktəblərində yay məktəbinin keçirilməsi prosesinə uğurla başlanılıb. SİA-nın verdiyi məlumata görə, Kəlbəcər rayon Təhsil İdarəsi tərəfindən yay məktəbinin təşkili ilə bağlı hazırlanan tədbirlər planının icrasına start verilib.

Rayonun 28 nömrəli tam orta tədris müəssisəsində yay məktəbinin mükəmməl təşkili üçün bütün imkanlardan istifadə edilməkdədir. Artıq müxtəlif sinifləri əhatə edən 40 nəfər şagird yay məktəbinə qatılıb.

Mövzulara gəlincə, əsasən mürəkkəb mövzular şagirdlərə izah olunur. Yuxarı siniflərə əsasən mətn tipli testlər, aşağı sinif şagirdlərinə isə bir çox fənlərin tədrisi aparılır.

Mövzular sırasında vətənpərvərlik xüsusi əhəmiyyət daşıyır. Yay məktəbinin əsas məqsədi şagirdlər arasında tədrisin keyfiyyətini daha da artırmaqdır. Elə pedaqoqların yanaşmasının da qayəsini bu amil təşkil edir. Məlumat üçün bildirək ki, yay məktəbi şagirdlər üçün yeni anlayışdır və məktəblilərə əlavə imkanlar açır. Nəticə etibarı ilə şagirdlər mənimsəyə bilmədiyi mövzuları daha ətraflı şəkildə öyrənə bilirlər.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə