Meşə yanğınlarının səbəbi tapılıb - ARAŞDIRMA

Meşə yanğınlarının səbəbi tapılıb - ARAŞDIRMA

Planetimizdə baş verənləri araşdırarkən bir çox suallar qarşımıza çıxır. Bu sullardan biri də "İqlim haqqında indiyədək yığılan məlumatlar meşə yanğınlarını dayandırmaq üçün bir həll ola bilərmi?" SİA bu suala cavab axtarmaq üçün araşdırma edir və həmin araşdırmadı təqdim edirik.

"Kopernik İqlim Dəyişikliyi" Xidmətinin məlumatlarına görə, Qlobal səviyyədə temperatur 1991-2020-ci illər arasında orta hesabla 0,2 dərəcədən yüksək olsa da, mart ayı son beş ilə nisbətən daha soyuq keçib. Avropada hava istiliyində heç bir anormallıq görülmədi, ancaq dünyanın digər bölgələrində vəziyyət fərqli idi. Qərbi Antarktida və Sibirin şimal hissələri mövsüm normalarından 6 dərəcə soyuq idi. Ərəbistan yarımadasından Rusiyaya, Çinə və Monqolustana qədər uzanan hissədə hava istiliyi mövsümi normadan bir neçə dərəcə yuxarı idi.

Norveçin Svalbard arxipelağı da başqa isti nöqtələrdən idi.

Sentinel-3 peyklərindən biri tərəfindən çəkilən yuxarıdakı şəkil, Svalbardın şimalındakı mavi açıq dənizi göstərir. Mövsümi normalara görə bu ərazi mart ayında buzla örtülməli idi.

2021-ci ilin mart ayındakı buz səviyyəsinin 1979-cu il məlumatları ilə müqayisə ediləndə Arktikada buz səviyyəsinin nə qədər azaldığını görürük.


"20 il əvvəl heç kimin ağlına gəlməyən yeraltı yanğınlar indi həqiqətin bir hissəsidir"
Planetimiz istiləşdikcə meşə yanğınları riskinin artdığını bilirik. Bu fəlakətlər insan itkisinə səbəb olmaqla bərabər, eyni zamanda böyük maddi ziyana da səbəb olur. Meşə yanğınları ilə əlaqəli risklərə nəzarət etmək üçün yanğınsöndürənlər iqlim mütəxəssisləri əməkdaşlıq edərək ağıllı proqnoz sistemi üzərində işləyirlər.

Tarragona yaxınlığındakı təpələri külə çevirən alovlar yeni növ meşə yanğınlarına nümunə oldu. Kataloniya yanğın mütəxəssisi Mark Kastellnou həddən artıq isti alovların daha sürətli yayıldığını deyib və həmçinin həftələrlə söndürülə bilməyən yeraltı yanğınların "20 il əvvəl heç kimin ağlına gəlmədiyi halda indi həqiqətin bir parçası olduğunu" deyib.
Bu yanğınların hər an yenidən başlaya biləcəyini deyən Kastellnou əlavə edib ki, Yanğınlar torpaqda və bitki köklərində davam edir, həmçinin hər an alovlana bilər. Bu, son 3 həftədə 11 dəfə başımıza gəlib. Bu dəyişiklik qismən qlobal istiləşmə ilə əlaqədardır. Qış ayları artıq çox soyuq deyil, quru və günəşli hava daha uzun çəkir. Meşə idarəedilməsindəki çatışmazlıqlar və səhvlər də başqa bir amildir.

Süni intellekt yanğın riski proqnozları üçün effektivdir

Markın məqsədi alovlardan əvvəl hərəkətə keçə bilməkdir. Buna nail olmaq üçün iqlim dəyişikliyi riskləri üzrə mütəxəssis Laia Romero ilə birlikdə “yanğın proqnozlaşdırma sistemləri” üzərində işləyirlər. Bunların arasında ən təsirli olduğu düşünülən başqa bir maddə var, o da torpaq nəm xəritəsidir. Mark detalları belə izah edir: "Quraqlıq xroniki bir riskdir. Bu risk durğun, lakin zamanla yığılaraq artan bir təhlükədir. Bu gün yağış yağmaması quraqlıq olması demək deyil. Geriyə baxmaq lazımdır. Məsələn, torpaqda nəm səviyyəsi meşə yanğını ehtimalı bir, iki və ya üç ay əvvəldən təsbit edilə bilmək üçünm mükəmməl bir göstəricidir”.

Meşə yanğınlarının hansı bölgələrdə olacağını bir neçə ay əvvəldən müəyyənləşdirmək, yanğınsöndürənlərin tədbir görmələri və məhdud mənbələrindən ən təsirli şəkildə istifadə etmələri deməkdir. Yanğınlar bitməyəcək, ancaq ən azından verdikləri ziyanı azaltmaq mümkündür: "İqlim dəyişikliyi prosesini ən yaxşı şəkildə anlamalı və ağıllı davranmalıyıq" deyən Kastellnou da vacib olanın böhranı fürsətə çevirmək olduğunu ifadə edir: "Bu prosesdən hər şeyi itirmədən deyil, mümkün olan ən zəngin bioloji müxtəlifliyə çatmaqla çıxmalıyıq" deyə vurğulayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə