Böyük Vətən Müharibəsi qəhrəmanları şərəfinə “Xatirə bağları” salınacaq – MÜSAHIBƏ

Azərbaycan Böyük Vətən Müharibəsi zamanı şəhid olanların xatirəsinə həsr olunmuş beynəlxalq "Xatirə bağı" aksiyasına qoşulur

9 aprel tarixində Azərbaycanda "Xatirə bağı" beynəlxalq aksiyası başlayır. Genişmiqyaslı ağac əkmə aksiyası Böyük Vətən müharibəsi zamanı həlak olanların xatirəsinə həsr edilmişdir. Bu müharibədə SSRİ 27 milyon vətəndaşını itirdi. Azərbaycan faşizm üzərində qələbəyə böyük töhfə verdi - 681 min nəfər cəbhəyə getdi, yarısı döyüş meydanlarında öldü. Azərbaycanın 128 yerli sakini göstərdikləri döyüşə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Azərbaycandakı Ölməz Alayın koordinatoru Viktoriya Kabanadze qarşıdakı aksiya və Qələbə Günü ilə əlaqədar digər tədbirlər haqqında fikirlərini Moskva-Bakı platformasına verdiyi müsahibədə bölüşüb. Müsahibəni oxucularımıza təqdim edirik.

- "Xatirə bağı" aksiyasının məqsədi nədir?

- "Xatirə bağı" beynəlxalq aksiyasının məqsədi dünyada 27 milyon ağac əkməkdir. Bu təsadüfi bir rəqəm deyil. Böyük Vətən Müharibəsi və II Dünya Müharibəsi dövründə dinc gələcəyimiz üçün canlarını verən 27 milyon insan olub. Bu xatirəni qorumaq və gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur.

"Xatirə bağı" kampaniyası 2020-ci ildə başladıldı. Keçən il Rusiya Federasiyasının 85 regionunda və dünyanın 50-dən çox ölkəsində təşkil edildi. Çətin epidemioloji vəziyyətə baxmayaraq, bu aksiyalarda 300 mindən çox insan iştirak etdi. Təəssüf ki, Azərbaycanda sərt karantin rejimi səbəbindən aksiya keçən il baş tutmadı. Buna görə də bu dəfə onunla birləşdiyimiz üçün çox xoşbəxtik. Azərbaycandakı "Xatirə bağı" aksiyasının təşkilatçıları Azərbaycanda Qələbənin 75-ci ildönümünün Beynəlxalq Könüllülər Komandası və Azərbaycandakı Kazaklar Cəmiyyətidir. Fəxri qonaqlar: Rusiyanın Azərbaycandakı səfirliyi, Azərbaycandakı “Rossotrudniçestvo” ofisi, Azərbaycan Prezidenti yanında Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Bakı Şəhər İcra Hakimiyyəti, habelə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyidir.

- Aksiyanın keçirilmə yerlərini deyə bilərsinizmi? Bu kampaniyaya necə qoşulmaq olar?

- İlk askiya 9 aprel saat 11: 00-da, Xəzər Universitetinin yaxınlığında, Bakının Nizami rayonunda keçiriləcək. Pandemiya səbəbindən bu kütləvi bir hərəkət olmayacaq, çünki karantin rejiminə uyğun olaraq həyata keçirilməlidir. İlk 150 ağacın Bakıda əkilməsi planlaşdırılır. Daha sonra "Xatirə bağı" Azərbaycanın digər şəhərlərində - Xaçmaz, Sumqayıt, Gəncə, Balakən və Lənkəranda keçiriləcəkdir.

- “Ölməz Alay”ın keçən il keçirilən onlayn aksiyası nəyi xatırlatdı?

- 2020-ci ildə Böyük Vətən müharibəsində Qələbənin 75-ci ildönümünü qeyd etdik. Planlar çox böyük idi, ancaq pandemiya səbəbindən demək olar ki, bütün tədbirlər ləğv edilməli oldu. Onların əksəriyyəti onlayn baş verdi. Məsələn, "Qələbə nəğməsi" müsabiqəsi, Azərbaycandan olan nümayəndələrin də qatıldığı Böyük Vətən müharibəsinə həsr olunmuş rəsm sərgisi. Sevindirici haldır ki, ölkəmiz bu beynəlxalq platformada layiqincə təmsil olundu.

Ayrı-ayrılıqda “Ölməz Alay” ın saytında böyük maraq doğuran Azərbaycan vətəndaşlarının fəaliyyətindən danışmaq istərdim. 600 mindən çox respublika vətəndaşının- azərbaycanlılar, ruslar, yəhudilər, ləzgilər, tatarlar və başqalarının iştirak etdiyi Böyük Vətən müharibəsinə Azərbaycan xüsusi münasibət göstərir. Bildiyiniz kimi, faşizm üzərində qazandığımız qələbədə Azərbaycanın bütün müharibə boyu döyüş sahələrində vuruşan texnika üçün təmin etdiyi yanacağın da böyük payı var.

Cəbhəçi əsgərlərin fotoşəkilləri ilə yüzlərlə maraqlı hekayə, “Ölməz Alay”ın saytında qohumları tərəfindən yerləşdirildi. 9 Mayda Moskvada canlı yayımlar zamanı böyük monitorlarda nümayiş olunan cəbhəçi əsgərlərin foto və hekayələrini yerləşdirməyə də kömək etdik. Sevindirici haldır ki, Qarabağ müharibəsi veteranları olan "Ölməz Alay" üzvlərimiz çoxdur. Onlar Böyük Vətən müharibəsi iştirakçılarının – atalarının və babalarının timsalında Azərbaycanın bayrağını qürurla daşıyırlar.

- Bu il 9 may Qələbə Günü ərəfəsində daha hansı tədbirlərin keçirilməsi gözlənilir?

- Georgi lentinin paylanması üçün illik kampaniyamızı keçirəcəyik. Bakıda hərbi məzarlarda 9 may ərəfəsində “subbotniklər” keçiriləcək. Təəssüf ki, "Ölümsüz Alay" hərəkatının yürüşü alınmayacaq. Ancaq karantin rejimi 9 May tarixinə qədər sərtləşdirilmirsə, kiçik qruplar halında istəyənlər Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş abidələrin hər hansı birinə yaxınlaşıb çiçək qoymağı reallaşdıracaqlar. Əminəm ki, II Dünya Müharibəsi veteranlarının portretləri abidələrdə mütləq görünəcəkdir.

Eyni zamanda "Ölümsüz Alay"a qatılmaq üçün onlayn rejim açıqdır. Hər kəs www.mypolk.ru və ya www.polkrf.ru saytında öz hekayələrini, Böyük Vətən Müharibəsi iştirakçısının xatirələrini dərc edə, döyüş yolu haqqında məlumat verə, fotoşəkillərini yerləşdirə bilər. Bütün bunlar yazılanların bir ailənin hüdudlarından kənara çıxması üçün edilməlidir. Milli salnamələrdə iz buraxmaq lazımdır.

Tərcümə: Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...