Xırdalandakı partlayışda xəsarət alan 5 nəfər evə buraxıldı

Abşeron rayonunun Xırdalan şəhərində baş verən partlayış nəticəsində yaralananlardan 5 nəfər xəstəxanadan evə buraxılıb.

Bu barədə TƏBİB məlumat verilib. Məlumatda qeyd edilir ki, hadisə zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən Əliyev Emil, Hüseynov Arif, Musayev Firudin, Ələzova Simayə və Şükürzadə Xədicənin vəziyyətləri qənaətbəxş olduğu üçün evə buraxılıb, digər xəsarət alan Vüsal Musayev isə reanimasiyada müalicəsini davam etdirir.

Xatırladaq ki, dünən axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə ikimərtəbəli fərdi yaşayış evində partlayış nəticəsində uçqun baş verib.

FHN-in xilasediciləri tərəfindən dağıntı altından 6 nəfər vətəndaş xilas olunub, 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...