Deputatın adından saxta profil açılıb - XƏBƏRDARLIQ

"Mən, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev bəyan edirəm ki, mənim adıma olan şəxsi Facebook səhifəm kiber hücumə məruz qalmış və bundan istifadə edilərək adıma saxta instagram səhifəsi də açılmışdır". SİA-nın verdiyi məlumata görə, bu barədə deputatın özü yazıb.

M.Əfəndiyev əlavə edib: "Bu baxımdan mənim adımdan facebook və yaxud digər sosial şəbəkələrdən yollanan hər bir elektron məktub, edilən paylaşımlar əsassızdır. Hər kəsi diqqətli olmağa və bu məlumatı nəzərə almağa çağırıram".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...