Energetika Nazirliyində Mətbuat sektorunun müdiri – mətbuat katibi vəzifəsinə yeni təyinat olub

Energetika Nazirliyinin 19 oktyabr 2020-ci il tarixli əmri ilə Mikayılov Cahid İlham oğlu Nazirliyin Mətbuat sektorunun müdiri – mətbuat katibi vəzifəsinə təyin olunub. SİA-nın xəbərinə görə, Cahid Mikayılov 2011-ci ildə Azərbaycan Texniki Universitetini bakalavr, 2017-ci ildə isə magistr təhsil pilləsini fərqlənmə ilə bitirib. Əmək fəaliyyətinə 2013-cü ilin mart ayından etibarən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində məsləhətçi olaraq başlayıb. Daha sonra Dövlət Agentliyinin Texniki tənzimləmə şöbəsində böyük məsləhətçi vəzifəsinə qədər yüksəlib. 2018-ci ilin aprel ayından Energetika Nazirliyində müxtəlif şöbələrdə böyük məsləhətçi, baş məsləhətçi, sektor müdiri vəzifələrini icra edib. İxtisasca bərpa olunan enerji mənbələri üzrə mühəndis-energetikdir. Dövlət qulluğunda ixtisas dərəcəsi "1-ci dərəcə dövlət qulluqçusu"dur. Əlaqə vasitələri: E-poçt: jahid.mikayilov@minenergy.gov.az Tel: (+99412) 598-16-53/54 (daxili: 1052) Mob: (+99455) 261-77-28

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə