Günel Səfərova “RT Fransa” kanalında erməni diasporunun rəhbəri ilə debata çıxıb

Günel Səfərova “RT Fransa” kanalında erməni diasporunun rəhbəri ilə debata çıxıb

Fransada yaşayan soydaşımız, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Günel Səfərova bu ölkədəki erməni diaspor təşkilatları koordinasiya şurasının rəhbəri Frank Papazyan ilə debata çıxıb.

SİA-nın xəbərinə görə, proseslərə ermənisayağı yanaşaraq saxta tarixi faktlar səsləndirən, qondarma erməni soyqırımından danışan F.Papazyan G.Səfərovanın tutarlı cavabları ilə susmağa məcbur olub. Vaxtın azlığına baxmayaraq, debatda ermənilərin 1992-ci ildə törətdiyi Xocalı soyqırımı və Qarabağın gerçək tarixi haqqında ətraflı informasiya verilib. Debatı bu linkdən izləmək olar: https://youtu.be/1G0VInlEdCw

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə