“ABAD HƏYƏT” layihəsi çərçivəsində abadlaşdırılmış yeni məhəllə - FOTOLAR
Son illərdə Prezident İ.Əliyevin tapşırığı ilə Bakı şəhərinin müxtəlif güşələrdə geniş abadlıq-quruculuq işləri aparılır, yeni yaşıllıq zolaqları salınır, məhəllədaxili asfalt yolları təzələnir. Azərbaycan Prezidentinin bu təşəbbüsünə tanınmış bəzi İctimai təşkilatlar da dəstək verərək yaşayış məhəllələrinin abadlaşdırılmasında fəal iştirak etməkdədirlər.
Bakı şəhərinin müxtəlif rayonlarında ayrı-ayrı məhəllələrin abadlaşdırılma-sında fəal iştirak edən ictimai təşkilatlardan biri də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “İDEA” Beynəlxalq İctimai Birlik təşkilatıdır. “İDEA” İctimai Birliyin “Abad Həyət” layihəsi artıq bir neçə illərdir şəhərimizin müxtəlif güşələrində abadlıq işlərini həyata keçirməkdədir. Bu günlərdə Leyla Əliyevanın rəhbərlik etdiyi “İDEA” Beynəlxalq İctimai Birlik təşkilatı Xətai rayonu, Vunq Tau küçəsi 12, 16, 18, 18a saylı binaların həyətində “Abad Həyət” layihəsi çərçivəsində geniş abadlaşdırma işləri həyata keçirilmişdir.
“Abad həyət” layihəsi əsasında yuxarıda göstərilən ünvanda çoxmənzilli binaların fasadları və giriş hissələri tam təmir olunmuş, hər birinin sahəsi 12 kv.m olan 3 ədəd söhbətkar (besetka), uşaqlar üçün 1 ədəd sürüşkən, 2 ədəd yelləncək, 25 ədəd oturacaq quraşdırılmış, 4 binanın giriş qəfəsləri (blokları) təmir edilmiş, binaların giriş qapıları tamam təzələnmiş, giriş bloklarının pəncərə-ləri bütövlükdə dəyişdirilmiş, məhəllə tamamilə işıqlandırılmış, həyətin içindən keçən maşın yolları və bütün məhəllənin köhnə asfalt hissəsi təzələnmişdir. Bu yeniliyə ən çox sevinən məhəlləmizin uşaqlarıdır. Çünki indiyə qədər bu məhəllədə uşaqlar üçün heç bir əyləncə və idman qurğuları yox idi. İndi isə məhəllədə uşaqlar üçün çox maraqlı müxtəlif əyləncə və idman qurğuları yaradılmışdır. Bütün bu dəyişiklər məhəllə sakinlərini həm uşaqları, həm də yaşlı nəsli çox sevindirir və vətəndaş məmnunluğu yaradır.
Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən binaların sakinləri ümumi məsləhət məhəllədə yaradılmış abadlığı, gözəlliyi, yaşıllığı və uşaqların istirahəti üçün quraşdırılmış qurğuları qoruyub saxlamaq üçün ictimai əsaslarla “İctimai Nəzarət Şurası” yadılmışdır. Şüranın Nizamnaməsi hazırlanmış, müzakirə edilərək Şura üzvlərinin səsverməsi nəticəsində təsdiq edilmişdir.
“İctimai Nəzarət Şurası”nın əsas məqsədi məhəllədə yaradılmış abadlığın qorunub saxlanılması, məişət ekologiyasının yaxşılaşdırılmasından ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB