Azərbaycanda koronaviruslu xəstələrdən 17 nəfəri süni tənəffüs cihazına qoşulub
Azərbaycanda pandemiya xəstəxanalarının reanimasiya şöbələrində koronavirusla əlaqədar müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb.
SİA Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən bildirir ki, hazırda reanimasiya şöbələrində 148 nəfər müalicə alır. Xəstələrdən 17 nəfəri isə süni tənəffüs cihazına qoşulub.
Ölkəmizdə müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 1956 nəfərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB