Yoluxmanın artmasına səbəb yumşalmalarla bağlıdır Yaqut Qarayeva
Hazırda ölkədə ən çox yoluxma Bakı və Abşerondadır.
SİA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, yoluxma artmaqdadır: "Ölkə üzrə ümumi yoluxmanın 50 faizə yaxını bu ərazilərdədir. Ən çox 50-59 yaş həddində olan insanlar bu virusa daha çox yoluxub. Son həftədə 651 nəfər bu virusa yoluxub. Yoluxmanın artmasına səbəb yumşalmalarla bağlıdır. Amma bu, o demək deyil ki, biz bununla razılaşmalıyıq. Hər birimiz qaydalara riayət etməliyik. Maskalardan istifadə vacibdir. Qaydalara riayət etsək, yoluxmanın artmasının qarşısını ala bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB