Masallı rayonunda badımcan sahələri ilbəil genişləndirilir. Cari ildə əmək adamları 522,3 hektar sahədə bu qiymətli tərəvəzə qayğı göstərirlər.
May ayından məhsul yığımına başlayan fermerlər sentyabrın sonuna kimi bazarlara badımcan çıxaracaqlar.
Xırmandalı əkinçiləri bu il bostan bitkisi ilə yanaşı 210 hektar sahədə badımcan yetişdirmişlər. Onlar hər gün sahələrdən tonlarla məhsul yığıb satmağa nail olurlar.
Həsənli, Mahmudavar, Öncəqala, Səmidxan, Yeddioymaq tərəvəzçiləri də hər il bu sahədən yaxşı gəlir götürürlər.
ƏLİHÜSEYN ŞÜKÜROV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB