YAP Qobustan rayon təşkilatında videokonfrans keçirilib

Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatında "Prezident İlham Əliyevin qlobal liderliyi və qlobal baxışı: BMT Baş Assambleyasının xüsusi sesiyası" mövzusunda videokonfrans formatında tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev bildirib ki, dünyada tüğyan edən koronavirus pandemiyası (COVID-19) həm dövlətlərin, həm cəmiyyətlərin, həm də insanların həyatına ciddi şəkildə öz təsirini göstərib.

Onun sözlərinə görə, bu gün bütün dövlətlərin gündəliyində ən aktual məsələ pandemiyaya qarşı mübarizə ilə bilavasitə əlaqədardır: "BMT-yə üzv olan 193 ölkədən 130-nun Azərbaycanın, onun Prezidentinin təşəbbüsünü dəstəkləməsi tarixi hadisədir. Bu təşəbbüsün dəstəklənməsi dünya miqyaslı hadisə kimi qiymətləndirilməlidir. Çünki cənab Prezidentin təşəbbüsünün hər bir ölkə üçün böyük faydası var. Təbii ki, Azərbaycan hökuməti də bu mənada istisna deyil. Prezident İlham Əliyevin həyata keçirdiyi diplomatiya çoxşaxəlidir. Ona görə də, biz sabah yeni təşəbbüslərin də şahidi ola bilərik. Hazırki təşəbbüs Azərbaycanın olsa da, onun həyata keçirilməsi dünyanın işidir. Bütün hallarda tarix yazacaq ki, pandemiyaya qarşı mübarizədə BMT Baş Assambleyasının keçirilməsi təşəbbüsü Azərbaycana və onun Prezidenti cənab İlham Əliyevə məxsusdur. Azərbaycanda da COVID-19 pandemiyası yayıldığından hökumətin başlıca vəzifələrindən biri pandemiya ilə mübarizənin aparılmasından ibarətdir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan vətəndaşları yüksək sosial məsuliyyət nümayiş etdirir. Etiraf etmək lazımdır ki, koronavirusla mübarizə çərçivəsində vətəndaşlardan tələb olunan sosial məsuliyyət o qədər də böyük əziyyət tələb etmir. Bu, tibbi maskalardan istifadə etmək, sosial məsafə saxlamaq, gigiyenik qaydalara əməl etməkdən ibarətdir. Bunların verəcəyi fayda hər bir insan üçün, bütövlükdə cəmiyyət üçün əhəmiyyətlidir. Hər bir vətəndaşın sosial məsuliyyətinin artırılmasına ehtiyac var. Vətəndaşlar ətrafındakı insanlara bu çağırışı etməlidir. Biz də YAP üzvləri olaraq sosial məsuliyyətə əməl etməklə yanaşı digər insanlara da bunu təşviq etməli, insanları sosial məsuliyyətli olmağa çağırımlıyıq. Bu işləri görmək bizim vətəndaş kimi vəzifələrimizdən biridir. Vaxtilə Amerika Prezidenti Bill Klintonun Ümummilli Liderimiz Heydər Əliyev haqqında dediyi ”Heydər Əliyev nəinki Azərbaycanı və Amerikanı bütün dünyanı idarə edə bilən dövlət xadimidir" fikirləri bütünlüklə İlham Əliyevə də aid etmək olar. Bəli İlham Əliyev nəinki Azərbaycanı və Amerikanı bütün dünyanı idarə edə bilən dövlət xadimi, güclü liderdir. Azərbaycanımızı güclü, qüdrətli dövlətə çevirən, respublikamızın beynəlxalq aləmdə hüfuzunu artıran - güclü - Liderimizlə - İlham Əliyevlə fəxr edirik".

Tədbir Partiyadaxili məsələlərin müzakirəsilə davam etdirilib.

Müzakirələrdə Şura üzvü Zaur Cəfərov, ilk partiya təşkilat sədri Yasər Alıyev və digərləri çıxış edərək məsələyə münasibət bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə