Ermənistanın təcavüzkar müharibənin ekoloji nəticələri

Ermənistanın 1988-ci ildən etibarən başladığı təcavüzkar müharibə Azərbaycan torpaqlarının 20%-nin işğal edilməsinə, on minlərlə insanların öldürülməsinə, yaşayış məskənlərinin və infrastrukturun dağıdılmasına, milli-mədəni vətəbii sərvətlərin amansızlıqla məhv edilməsinə,ekoloji tarazlığın ağır şəkildə pozulmasına səbəb Beynəlxalq hüquq prinsiplərinə, BMT, ATƏT vədigər beynəlxalq qurumların qərar və qətnamələrinə məhəl qoymayan və cəzasını hələdə almayan işğalçı Ermənistan bu gün də dünya tarixində misli görünməmiş irticaçılıqla məşğul-dur. Cənubi Qafqazda,Xəzər hövzəsində yerləşən Azərbaycan Respublikası əlverişli coğrafi mövqeyi,təbii şəraiti vəzəngin təbii sərvətləri ilətarixən diqqət mərkəzindəolmuşdur.

Ermənistanın bəşəriyyətə və insanlığa qarşı yönələn terror siyasəti Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə ciddi ziyan vurmuşdur. Ekologiyaya qənim kəsilmiş bədnam ermənilər və havadarları işğal etdikləri ərazilərdə mineral-xammal ehtiyatlarının qanunsuz mənimsənilməsinə, meşə zolaqlarının vəhşicəsinə qırılmasına və yandırılmasına, Araz çayı və qollarının çirkləndirilməsinə, heyvanat aləminin xüsusi qəddarlıqla məhv edilməsinə səbəb olan işğalçılığı dövlət siyasətinə çevirmişlər. Bir sözlə, Azərbaycan Respublikasının torpaqlarının bütün növdən olan təbii sərvətləri xarici şirkətlər tərəfindən talan edilərək ərazidən çıxarılır. Azərbaycan Respublikası ərazisində yarımsəhra və quru çöl iqlimindən dağ-tundra iqliminədək bir-birindən fərqlənən iqlim tipi mövcuddur. Odur ki, respublikanın bütün əraziləri təbii-müalicəvi və rekreasiya amillərinin (iqlim amil-ləri, mədən suları vəs.) zənginliyinə görə klimatoterapevtik xüsusiyyətlərə malikdir.

Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin iqlim ehtiyatları onlardan kurort müalicəsi və istirahət üçün olduqca əlverişlidir. Bu gün Azərbaycan, təmiz dağ havası, qiymətli mədən suları olan Şuşa-Turşsu zonası, İstisu və s. kimi kurort zonalarından gələn gəlirlərdən məhrumdur, əvəzində isə Ermənistan Azərbaycana aid olan bu sahədən böyük gəlirlər əldə edir. Azərbaycan Respublikasının ərazisi bir sıra filiz, qeyri-filiz, yanacaq faydalı qazlntıları ilə olduqca zəngindir.

Azərbaycanda faydalı qazıntılar çox qədimlərdən insanlara məlum olub və onlardan primitiv şəkildə olsa da, hələ daş dövründən etibarən istifadə edilməyə başlanılmışdır.

Naxçıvan duz mədənlərində tapılmış daş dövrü daş alətləri (baltalar, çəkiclər, bıçaqlar və s.), həmçinin Gədəbəy və Daşkəsən rayonlarında eneolit dövründən etibarən mis və dəmir filizi yataqlarının istismarına aid məlumatların olması göstərir ki, Azərbaycanda dağ-mədən işlərinə eramızdan minillər əvvəl başlanılmışdır.

3 Qədim duz mədəni. http://qedim.nakhchivan.az/index.-php?option=com_content&view=article&id=74&Itemid=67

Azərbaycanda hələ eramızdan əvvəl 1-ci minillikdə dəmir, bürünc, qızıl, gümüş məmulat və əşyalar hazırlanırdı. Abşeronda və Ceyrançöldə birbaşa yer səthinə çıxan neft bulaqları insanlara çox qədim zamanlardan məlum idi. Abşeron ərazisində və Quba rayonunun Xınalıq kəndi yaxınlığında yanar qazın səthə çıxıb alovlanması da başqa bir "möcüzə" idi. Azərbaycan özünün neft və qaz yataqları ilə çox qədim zamanlardan məşhurdur.

Hələ eramızdan əvvəl VII-VI əsrlərdə Abşeron yarımadasında qaz və neftin yer səthinə sızması məlum idi və neftdən müxtəlif sahələrdə istifadə olunurdu. Azərbaycan Respublikasının ərazisi müalicəvi mineral su mənbəyidir. Respublikanın bütün fiziki-coğrafi vilayətlərində müxtəlif tərkibli mineral su bulaqları aşkar edilmişdir. Mineal bulaqlarının bir qrupunun suyu soyuq, bir qrupunun ilıq, bir qrupununki isə istidir. Respublika ərazisində adi və müalicəvi suyu ilə seçilən mineal bulaqların bəziləri öz əhəmiyyətinə görə dünya şöhrəti qazanmışdır.

Respublikanın Kiçik Qafqaz hissəsində İstisu, Turşsu, Şirlan, Qızılca, Naxçıvanda Badamlı, Sirab, Vayxır və b. mənbələri göstərmək olar. Cənub rayonlarında (Masallı, Lənkəran, Astara vəs.) xlorlu-natriumlu mədən sularından və termal su mənbələrindən məişətdə geniş istifadə olunur. Qloballaşan dünyanın iqtisadiyyatına nəzər salsaq, burada dağ-mədən sənayəsinin sürətlə artan rolunu görünür. Bu gün mineral-xammal bazasının mövcud vəziyyəti və perspektivləri Azərbaycan Respublikasında dağ-mədən sənayesinin daha da inkişaf etdirilməsinə, dağ-mədən sənaye məhsulları və xammalın dünya bazarına ixrac olunmasına geniş imkanlar yaradır.

Hazırda Azrəbaycanın mövcud imkanlarıonu yüksək dərəcədə inkişaf etmiş dağ-mədən sənayəsinə malik olan bir ölkəyə çevirməyə imkan verir. Bütün bu məsələlərin Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzində olması və artıq bu istiqamətdə böyük işlərin görülməsi gələcək uğurlara xidmət edir. 1969-cu ildə Ümumilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi vaxtadək respublikanın faydalı qazıntılarının Dövlət balansında ehtiyatları təsdiq olunaraq qeydiyyata götürülən cəmi 65 yataq olduğu halda Ulu Öndər və onun layiqli davamçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ölkədə kifayət qədər geniş mineral-xammal bazası formalaşmışdır. Belə ki, hazırda faydalı qazıntıların Dövlət və Sahə balanslarında qeydə alınmış 900-dək faydalı qazıntı yatağı vardır.

1969-cu ilədək Azərbaycanın Dövlət balansında bir dənə belə qızıl yatağı qeydə alınmadığı halda, hazırda bu nəcib metalın etibarlı bazası yaradılmış, xeyli miqdarda yataqları aşkarlanmış və qiymətləndirilmişdir. Azərbaycan Respublikası bu gün qızıl hasilatçısına çevrilmişdir və artıq Azərbaycan qızılı dünya birjalarında satılır. Azərbaycan ərazisi davamlı və uzunmüddətli qızıl emalı sənayesinin yaradılması üçün böyük perspektivə malikdir. Son dövrlər ərzində aşkar edilmiş çoxsaylı məxsusi qızıl, həm də digər metallarla kompleks halda olan qızıl yataq və təzahürləri bunu təsdiq edir.

Bununla belə, onlar potensial filizli regionlarda proqnozlaşdırılan qızıl filizləşməsinin hələ yalnız bir hissəsini təşkil edir. Ermənistanın Azərbaycan torpaqlarını zəbt etməsinin əsas səbəblərindən biri də bu ərazilərin təbii sərvətlərlə, o cümlədən qızıl yataqları ilə zəngin olmasıdır. Münbit torpaqları, sıx meşələri, qiymətli mineral və yeraltı su yataqları ilə yanaşı, bu gün də istismar edilən Qafan, Qacaran mis-molibden və Liçgivaz-Tey qızıl yataqlarının olduğu Zəngəzur quberniyasının 1920-ci ildə ilhaq edilməsi də bunun bariz nümunəsidir.

Ermənilər işğal edilmiş ərazilərdə əvvəllər azərbaycanlı əhaliyə aid mülkiyyəti, evləri, digər maddi sərvətləri talan edib satmaqla və meşələrimizi qırıb məhv etməklə dolanırdılarsa, sonradan bu talançılığın digər istiqaməti – faydalı qazıntı yataqlarının qəddarlıqla talanması geniş vüsət almışdır.

Qondarma “DQR” rejimi üçün dağ-mədən sənayesi ən çox gəlir gətirən perspektivli sahədir. Təkcə bir faktı demək kifayətdir ki, 2002-ci ilin avqust ayında yaradılmış “Base Metals” MMC şirkəti artıq 13 ildir ki, bir sıra əsaslı filiz mədənlərini işlədir. Bu şirkət ötən dövr ərzində işğal ərazilərindəki faydalı qazıntıların hasilatına 100 milyon ABŞ dollarından çox sərmayə qoymuşdur.Ümumi ehtiyatı 150 tona yaxın olan Qızılbulaq, Vejnəli və Söyüdlü (Zod) kimi 3 böyük qızıl yatağının, həmçinin 37,3 min ton qurğuşun, 40,4 min ton sink, 29,2 ton gümüş və 211,2 ton kadmium ehtiyatı olan Mehmana polimetal, 435,6 min ton mis və 18,5 min ton molibden ehtiyatı olan Dəmirli Cumo yataqlarının, eləcə də bir sıra civə, onlarla tikinti materialları, bəzək daşı, yeraltı şirin su və mineral su yataqlarının talan edilməsi nəticəsində Azərbaycana vurulmuş zərərin məbləği olduqca böyükdür.

Hazırda işğal altında olan Azərbaycan Respublikası ərazilərindəki təbii mineral-xammal ehtiyatlarının rəsmi talanına daha çox ABŞ, Rusiya, Kanada, İsveçrə, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, Hollandiya və digər dövlətlərdən 30-a yaxın şirkət cəlb edilmişdir.

Son vaxtlar separatçı erməni rejiminin və havadarlarının maraqlarının nəticəsi olaraq talanın miqyası daha da artmaqdadır. Rusiyanın "Geologix Group”şirkətinin işğal altında olan ərazilərimizdə qızıl hasilatına başlaması da bunun nəticəsidir. Məşhur bioloq E.Vilson biomüxtəlifliyi "həyatın məğzi" adlandırırdı.

Biomüxtəlifiik ekosistemlərin ən vacib elementlərindən biridir. Təbii iqlimin, geoloji-morfoloji quruluşunun mürəkkəbliyi və əlverişli təbii şəraitin mövcudluğu ilə əlaqədar olaraq Azərbaycan, biomüxtəlifliyin zənginliyinə görə dünyada ən qabaqcıl yerlərdən birini tutur.

Vahid Ömərov,

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə