Rayonlara gediş-gəliş bərpa olunur?

"Rayonlara gediş-gəlişin bərpası indiki dövrdə nəzərdə tutulmur. Nəticələrdən və sxemlərdən də göründüyü kimi sərbəstləşmə tətbiq edildikcə yoluxmaların sayı artır". SİA-nın verdiyi məlumata görə bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib.

İbrahim Məmmədov bildirib ki, artıq sarı zona nəzərdə tutulan rayonlarda dinamika neqativə doğru irəliləyir: "Bu rayonlarda yoluxmaların sayı artmağa davam edir. Bu da qaydalara riayət olunmamasından irəli gəlir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə