Qarabağ su kanalında suvarma mövsümünə hazırlıq işləri aparılır - FOTOREPORTAJ

Aran Qarabağ bölgəsində əkin sahələrinin böyük hissəsi Qarabağ su kanalı vasitəsilə suvarılır. SİA-nın bölgə müxbirinə Yuxarı Qarabağ kanalı istismar idarəsinin rəisi Şakir İmanovun verdiyi məlumata görə, Yuxarı Qarabağ kanalı öz mənbəyini Mingəçevir su anbarından öz axımı ilə götürərək Yevlax, Mingəçevir, Goranboy, Tərtər, Bərdə, Agcabədi, Beyləqan, Ağdam və İmişli rayonlarını bol suvarma ilə təmin edir.

Bununla yanaşı yaya aylarında Araz çayında su çatışmamazlığı olduqda Qarabağ kanalı vasitəsilə Bəhrəmtəpə hidroqovşağına su verilir. Yay vaxtı Araz çayına suyun verilməsi İmişli Saatlı, Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarının təsərrüfatlarını su çatışmamazlığından xilas edir

Yuxarı Qarabağ kanalı 172,4 km uzunluğunda torpaq kanalıdır. Baş qurğu giriş və çıxış qapılardan və 1,1 km uzunluğunda tuneldən ibarətdir. Kanal üzərində 12 ədəd səviyyə qaldırıcı qurğu, 45 ədəd paylayıcı qurğu, 1 ədəd akvedük, 3 ədəd şükür və 3.3 km uzunluğunda beton örtüklü cəldaxıdan və 1 ədəd düşürəm vardır. Bundan əlavə Qarabağ kanalından qəza hadisələrinin qarşısını almaq məqsədilə çaylarda kəsişən hisslərdə 4 yerdə Kor çay, incə çay, Tərtər çay və Qarqar çaylarında sutullayıci qəza qapıları, kanal üzərində 33 körpü və kanal altından keçən 23 ədəd selötürücü qurğu mövcuddur.

Yuxarı Qarabağ kanalı istismar idarəsində kanala xidmət etmək üçün 5 istismar məntəqəsi fəaliyyət göstərir.
2020-çi ildə yaz yay mövsümünə hazırlıqla bağlı ilin əvvəlindən kanalda əsaslı təmir işləri aparılır. Beləki kanal üzərində olan 4 ədəd hidrotexniki qurğuda əsaslı təmir edilir. 18 ədəd qurğuda cari təmir işləri aparılır. Eyni zamanda kanal mexanizmilərlə lil çöküntülərindən təmizlənir. Su itgisinin qarşısını alınması məqsədilə ilə kanalın sağ və sol sahilində sahil bəndlərində möhkəmləndirilmə işləri aparılır. İşlərin qısa zamanda başa çatması üçün əraziyə çoxlu sayda texnika cəlb edilib.

İdarə rəisi Şakir İmanov bildirir ki, 2020-ci ilin bu gününə qədər Mingəçevir su anbarında suyun səviyyəsi keçən ildəkindən 2 metr 6 sm aşağıdır. Eyni zamanda suyun həcmi 1 milyard m3 azdır. Ona görə də bütün su istifadəçiləri Sudan səmərəli və qənaətlə istifadə etməlidirlər.

Qeyd edək ki, Yuxarı Qarabağ kanalı istismar idarəsi 1958- çi ildən indiyədək Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə