Könüllülərin cəmiyyətdə rolu

Bu gün dünyada minlərlə insan təmənnasız əmək sərf edərək cəmiyyətin həyat fəaliyyətinin yaxşılaşdırılmasında könüllü olaraq böyük rol oynayır.Könüllülük hər hansı bir sahədə ehtiyacı olana yardım etməyi qarşısına məqsəd qoyaraq müəyyən tədbir və layihələrdə həyata keçirilən xidmətdir.

Könüllülük məsuliyyətliliyi,mehribançılığı,ünsiyyətçiliyi və gördüyü işə həvəslə can yandırmağı özündə birləşdirən müstəvidir.Bu fəaliyyətin gedişatında maddi olmasa da, mənəvi qazancı əldə etmək danılmaz haldır.

Bütün dünya ilə yanaşı Azərbaycanda da könüllülük sahəsində yüksəliş ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra uğur qazandı.Belə ki,1998- ci ildə Gənclər, İdman və Turizm Nazirliyi,BMT inkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başladı.1998-2000 – ci illərdə bu proqramların həyata keçirilməsi ilə əlaqədar könüllülər ordusu yaradıldı.Beləliklə Azərbaycanda könüllülərin fəaliyyətinin inkişaf mərhələsini 2009 – cu ildə Milli Məclisin qəbul etdiyi “ Könüllü fəaliyyət haqqında Qanun “ təşkil etdi.2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (Asan Xidmət) yanında Asan Könüllüləri Təşkilatı ( AKT) yaradıldı.Bu gün də bu hərəkat Azərbaycanda davam edir.Belə müxtəlif mərkəzlərdə 700- dən çox gənc çalışır.

2020-ci ilin bəlası sayılan “ Covid-19”pandemiyası dövründə ərzaq yardımılarının evlərə çatdırılması işlərində də könüllülər çox yaxşı iştirak etmişlər.Onlar sosial xidmətçilərlə birgə fəaliyyət göstərərk ərzaq paylarını tənha yaşlıların və qüsurlu insanların şəxsən evlərinə çatdıraraq öz üzərlərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirmişlər

Bütün bunları əsas tutaraq hörmətli prezidentimiz cənab İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu madidəsinin 32- ci bəndini rəhbər tutaraq gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq , gənclərin potensialından xalqın rifahı və ölkənin inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020- ci ili “ Könüllülər ili “ elan edərək sərəncam imzalamışdır. Tam əminliklə demək lazımdır ki, bu ilin məhz “ Könüllülər ili “ elan edilməsi gənclərin qoşulduqları fəaliyyətin əbəs yerə olmadığını bir daha sübut etdi.

Nəsimi rayonu təhsil işçisi

Azərbaycan dili və ədəbiyyat müəllimi

Mamedova Elnurə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...