Əvvəl şəxsiyyət, sonra siyasət…

Əvvəl şəxsiyyət, sonra siyasət…

Heç biri özündə olmayan Sevinc Osmanqızı “REAL”-çıları mənəviyyatsız adlandırıb

Belə bir deyim var: “əslində siyasət çirkin deyil, onunla çirkin insanlar məşğul olanda çirkin olur”. Dünənə qədər dağıdıcı müxalifət düşərgəsində koronavirusla bağlı "evdə qal"a alışa bilməyən radikal düşərgə təmsilçiləri yaman alışıb yanırdılar. Belə ki, AXCP sədri Əli Kərimli və ətrafındakılar sosial şəbəkələrdən həqiqətdən uzaq, şər-böhtan dolu çıxışlarla "mitinqə, mitinqə çıxmaq" çağırışları ilə sakit ola bilmirdi. Ancaq necə ki, Ali Məhkəmənin Plenumunun REAL sədri İlqar Məmmədov və partiyanın idarə heyətinin üzvü Rəsul Cəfərova bəraət verməsi, Məmmədova 234 min, Cəfərova isə 57 min 400 manat mənəvi təzminat təyin etməsi, cəbhəçilərin cızdığını çıxardı. Başladılar açıq şəkildə barələrində qərar çıxarılanları aşağılamağa, onları hakimiyyətlə anlaşmada ittiham etməyə.

"Köhnə" tullantılar "yeni" olublar…

Bu sözləri yenə də özünü yuyulmamış qaşıq kimi ortaya atan Əli Kərimlinin "mətbuat katibi", “OsmanqızıTV”-nin sahibi Sevinc Osmanqızı özünü "savdlı siyasətçi" adlandıraraq AXCP sədrini tənqid etdiklərinə görə bir saatdan da çox başlayıb REAL-çıları təhqir etərək, onları mənəviyyatsız, AXCP sədri Əli Kərimlini "savadlı əsl siyasətçi" adlandırıb. "Osmanqızı TV"ni Əli Kərimlinin reklam kanalına çevirən, Birləşmiş Ştatların əyalətlərində qapı-qapı gəzib ütü və ya tava satan kommivoyajerlərin yeni formasiyalı "divanda maqazin" halına salan "xanım" Osmanqızı nə etdiyinin, daha doğrusu, nəyi necə etdiyinin fərqində deyil. Çünki fərqində olsaydı 27 illik "siyasi müxaliflik" stajı olan və hələlik cüzi uğuru belə, gözə dəyməyən Əli Kərimlini, "siyasətçi" adlandırmazdı. Bu, o, Ə.Kərimlidir ki, Azərbaycan siyasətinin muzey anbarında tozlanmış maneken olmasına rəğmən, Pinokkio təki özünü canlı bilir və Karlo Atanın yanından qaçaraq Karabas-Barabasın kukla teatrında yer alır. Di gəl, Pinokkiodan fərqli olaraq, Əli Kərimli marionet olmağa həvəslə razılaşıb. Onun koronavirusla bağlı karantin zamanı sosial şəbəkələrdə, xüsusilə də "Osmanqızı TV"-də ardıcıl çağırışları isə, ümumiyyətlə, paralel kainatdan gələn səslərə bənzəyir.

Məsələn, AXCP "lideri" buyurur ki, sən demə, Azərbaycan hakimiyyətinin son qərarları, fərmanlar, sərəncamlar, vətəndaşların rifah halının yüksəlməsinə və sosial sahədə islahatlara yönəlmiş bütün (!) addımlar yanvarın 19-da "Məhsul" stadionunda keçirilmiş "möhtəşəm" mitinqdən sonra "iqtidarın qorxuya düşməsinin nəticəsi" imiş. İndii isə, koronavirusla bağlı "guya ölkədə heç bir tədbir görülmr" deməsi, əsil həyasızlıqla yanaşı, vicdansızlıq, əxlaqsızlıq və mənəviyyatsızlıqdır.

Bəla ondadır ki, Əli Kərimli bu marazmı sürəkli təkrarlayır, Avropa ölkələrindəki "müstəqil bloqer"lər də Sevinc Osmanqızı və digər siyasət luzerləri ilə səs-səs verərək AXCP liderini az qala Pasxa atasındakı bütə çevirirlər. Bu, irrealıq, xülya, sərsəm təsəvvürdür.

Elə bu günlərdə Azərbaycan Prezidentinin təşəbbüsü ilə və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının "COVID-19" mövzusunda keçirilən Zirvə görüşün keçirilməsindən qaşınmaya düşdükləri və ardıcıl böhtanlı çıxışları radikal müxalifətin əsil simalarını bir daha göstərdi. Və belə böhtanla özlərini "siyasətçi" adlandırmaları isə epidemiyanın baş aldığı bir məqamda hər bir Azərbaycan vətəndaşının sinirləndirir.

S.Osmanqızı İlqar Məmmədovu və REAL-çıları "köhnə tullantılar" adlandıraraq yazıb: "Bu köhnə tullantılar - Etibarın tələbələri nə zamandan "yeni" olublar, vallah başa düşə bilmirəm. Siyasətdə cəbhə dəyişmək rəğbət bəslənəcək anlayış olmasa da, hər halda, yad mənzərə də deyil... Amma siyasi həyasızlıq... Bax bu, ağır problemdir və təəssüf ki, müalicəsi də yoxdur - başqa sözlə, qozbellikdir...".

Bax, əsil həyasızlıq budur. Kor-kora kor deməsə, bağrı çatlar buna deyirlər. Kimin kimə, necə və nə üçün, ən başlıcası isə nəyin müqabilində işləməsi barədə danışası son adam S.Osmanızı ola gərək.

Və bu gün Əli Kərimlinin dəstəsi ilə REAL, S.Osmaqızı ilə onun özünə rəqib bildikləri arasında savaşın olması, tərəflərin bir-birlərinə "tərbiyəsiz", "uşaq", "reneqat", "riyakar", "mənəviyyatsız" demələri, bu didişmələr, əslində, gərəkdir. Çünki didilənlər arasında maskalar da var.

Bu yerdə YAP İcra Katibinin müavini, millət vəkili Siyavuş Novruzovun dediyi fikirlə sözümü bitirmək istərdim: "Qibləsini tanımayan Əli Kərimli ilə Sevinc Osmanqızının qibləsi Qərbdir".

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə