Ağsuda karantini pozan şəxslər cərimələnib FOTO

Karantin rejimi qaydalarının təmin olunması məqsədilə Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində çölə çıxan vətəndaşların yoxlanışı zamanı 42 yaşlı İlqar Kərimovun icazəsiz çölə çıxdığı müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan SİA-ya verilən məlumata görə, o, telefonda "8103" SMS icazə sistemindən gələn mesajı göstərsə də, ancaq polis əməkdaşları tərəfindən həmin şəxs planşetlə yoxlanılan zaman onun adında heç bir icazənin olmadığı, İlqar Kərimovun qızının şəxsiyyət vəsiqəsi ilə icazə aldığı aşkarlanıb.

Şamaxı rayon sakini 22 yaşlı Kamal Əhmədov heç bir icazəsi olmadan ara yollarla Ağsu rayonuna gələrkən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o inzibati həbs olunub.

Həmçinin, rayonun Gəgəli kəndi ərazisində qardaşlar - Rza və Sakit Mirzəyevlər heç bir icazələri olmadan sərxoş vəziyyətdə çölə çıxıb, xuliqanlıq hərəkətləri etdiklərinə görə saxlanılıblar. Onların barəsində də Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunauyğun müvafiq tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...