“Jurnalistlərin binası”nda dezinfeksiya işləri aparılıb - FOTOLAR

Koronavirusla mübarizə çərçivəsində ölkədə genişmiqyaslı tədbirlər planı həyata keçirilməkdədir. Paytaxt və bölgə sakinlərinin virus infeksiyasından qorunması üçün yerli icra hakimiyyətləri xüsusi dezinfeksiyalaşdırıcı vasitələrlə park və xiyabanları, yaşayış binalarını, məhəllələri və s. yerləri dərmanlayırlar. SİA xəbər verir ki, tədbirlər planı Səbail rayonunun İcra Hakimiyyəti tərəfindən də reallaşdırılır. Belə ki, Yeni Salyan yolu 22 ünvanında yerləşən Jurnalistlərin yaşayış kompleksində yerləşən binalarda dezinfeksiya işləri aparılıb. Binaların həyəti də daxil olmaqla, mənzillərin astanalarında və blokların hər mərtəbəsində geniş şəkildə dezinfeksiya işləri görülüb.

İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov media nümayəndələrinə açıqlamasında bildirib ki, bu kimi tədbirlər mütəmadi aparılacaq və əhalinin təhlükəli virusdan qorunması istiqamətində cənab Prezident İlham Əliyev tərəfindən verilən bütün qərar və tapşırıqlar dərhal yerinə yetiriləcək.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə