“Çində yeni növ koronavirusun pik şəkildə yayılması prosesi geridə qalıb.” SİA xəbər verir ki, bu barədə ÇXR-in gigiyena və səhiyyə işləri üzrə dövlət komitəsinin nümayəndəsi Mi Fen bəyan edib.
“Hazırda Uxanı çıxmaq şərti ilə Hubey əyalətinin bütün şəhərlərində bir həftə ərzində yeni yoluxma halları qeydə alınmayıb”, komitə təmsilçisi bildirib.
“Hubey əyalətinin hüdudlarından kənarda yeddi yeni yoluxma halı müəyyən edilib ki, onlarda altısı daşıyıcıdır. Bu məlumatlar ona şahidlik edir ki, koronavirusun ölkədəki pik dalğası artıq geridə qalıb”, Mi Fen əlavə edib.
Xatırladaq ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusun dalğasını pandemiya adlandırıb. Belə ki, dünyada 120 minə yaxın insan 100 ölkədə bu virusa yoluxub, onlardan çoxu sağalıb, 4 min nəfər isə həyatını itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB