"Viruslara yoluxmamaq üçün psixologiyamızı güclü tutmalıyıq" PSİXOLOQ RƏYİ - ÖZƏL
“Ümumiyyətlə, bu gün dünyada istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə psixoloji durum o qədər də yaxşı deyil. Əgər 7 il əvvəl psixoloqa 7 nəfərin ehtiyacı var idisə, indi artıq 17 nəfərin ehtiyacı var. Bu o deməkdir ki, koronavirusdan öncə də panik atak, müxtəlif fobiyalar var idi”. Bu fikirləri SİA-ya açıqlamasında təlimçi-psixoloq Vüsalə Əmiraslanova deyib.
O bildirib ki, hər bir qorxunun arxasında ölüm dayanır: “Bu gün bizim var olmağımız yaşama səbəbimizlə bağlıdır. Əgər biz ölməkdən qorxuruqsa, o zaman avtomatik şəkildə panikaya düşürük. Koronavirus da bizə məhz ölüm olduğu üçün qorxulu gəlir. Lakin burada insanları təşvişə salan məsələlərdən biri də virusla bağlı müxtəlif informasiyalar, video-görüntülərdir ki, insanlar psixologiyasını belə məlumatlardan qorumalıdırlar”.
Mütəxəssisin sözlərinə görə, ajiotaj yaradan məlumatlar insanları qorxudan qopmağa imkan vermir: “Hazırki məqamdan insanları təşvişə salacaq xəbərlər, başlıqlardan uzaq dursaq daha yaxşı olar”.
V. Əmiraslanova qeyd edib ki, psixologiya elmindən fərqli olaraq psixosomatika insanlar özləri özlərinə xəstəlik qazandıra bilir: “İnsan yaşadıqca onun ətrafındakı xəstəliklərin də daim var olması təbiidir. Bir müddət bundan öncə quş qrupi, daha sonra donuz qripi kimi yolxucu xəstəliklər var idi və bu xəstəliklər bundan sonra da olacaq. Bundan başqa hər kəsin bədənində vərəm çöpləri, xərçəng hüceyrəsi var. Lakin biz bu xəstəlikləri psixosomatik olaraq yaxına buraxmamalıyıq. Əks halda, istənilən xəstəliyə qısa müddətdə tutulmaq mümkündür. Bu da o deməkdir ki, psixologiyası güclü insanların xəstəliklərə tutulması ehtimalı zəfilərə nisbətən daha çoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB