Yaxud onların sapları da çürükdür

Dağıdıcı müxalifətin hökumətə deyil, dövlətə qarşı müxalif olması haqda çox deyilib. Amma bu qruplaşma təkcə dövlətin yox, xalqın, onun gələcəyinin də qəsdinə durub. Elə bu günlərdə keçirilən parlament seçkiləri ilə bağlı radikal müxalifətin adət etdikləri ənənəvi icazəsiz mitinq cəhdinin nə qədər boş və lazımsız olduğu praktikada aydınlaşandan sonra onu yenidən təkrarlamaq nə deməkdir? Axı sübut olundu ki, bununla heç nəyə nail olmaq mümkün deyil. Elə isə, insanları yenidən qanunsuz şəkildə küçələrə çağırmaqda məqsəd nə ola bilər? Bu sualda bir həlledici söz var ki, cavab məhz orada gizlənib: Küçə! Bunlar, sadəcə olaraq, Azərbaycanın taleyinin küçədə həll olunmasını istəyirlər. Niyyətləri odur ki, dövlətin gələcəyilə bağlı bütün vacib suallar küçədə müzakirə olunsun. Hər şey küçə səviyyəsinə endirilsin.

Azərbaycan artıq dünya birliyində demokratik prinsiplərin inkişafına önəm verən, müstəqil siyasət yeridən dövlət kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası, düşünülmüş xarici siyasət, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən köklü islahatlar dövlətimizə yeni uğurlar qazandırmış, onun mövqeyini daha da möhkəmləndirmişdir.

Formalaşmış satqınlar...

Bu, deyilənlərin nəticəsidir. Bu belə olmasaydı AXCP sədri Ə.Kərimli, "Milli Şura"nın sədri Cəmil Həsənli, Müsavat başqanı Arif Hacılı, Müsavatın sabiq başqanı İsa Qəmbər və bunların yetirmələri Gültəkin Hacıbəyli, Leyla Yunus, Xədicə İsmayıl və... satqınlar xalqı, dövləti, Vətəni sata-sata belə formalaşır. Sənin xalqın öz demokratik seçimini etsin, amma sən də ATƏT-in yalançı bir rəyinə aldanıb denən ki, mitinq keçirəcəm və yaxud seçkinin nəticəsini qeyri-legitim hesab edəcəm. Bunlar mənasız şeylərdir. Hesab edirik ki, bu seçki xalq-iqtidar birliyini daha da möhkəmləndirdi. Xaqlımız və dövlətimiz üçün uğurlu oldu.

Satqınçılığın gerçək üzü...

Bu satqınçılığın gerçək üzü Sevinc Osmanqızıdır! Bu o S.Osmanqızıdır ki, bu gün sosial şəbəkələrdə onun-bunun sifarişlərini canla-başla həyata keçirən, əvəzində filan qədər dollar, avro əldə edənlərə, Vətəninin maraqlarını amerikan, ingilis və s. ölkələrin xəfiyyələrinə satan S.Osmanqızıdır! Bir fərd ki, öz ailəsinə, soyadına qarşı xəyanət edirsə, ondan bütün rəzillikləri, riyakarlıqları, ləyaqətsizlikləri gözləmək mümkündür.

Ümumiyyətlə, nəinki milli maraqları, eləcə də vicdanını, mənəviyyatını, ləyaqət və şərəfini, hətta ailə maraqlarını (!) pula satan S.Osmanqızı zaman-zaman Azərbaycan dövləti tərəfindən mənzillə mükafatlandırılan jurnalistləri də çirkin niyyətinin hədəfinə çevirir. Nədir onun bu məsələdəki maraqları? Bəllidir - bu gün Azərbaycan dövlətinin çörəyini yeyən, Vətəninin suyunu içən hər kəs Sevincə və onun kimi siyasiləşmiş qrant vassallarına heç də xoş olmur. Bilirsinizmi niyə? Ona görə ki, mən, o, digər vətənsevər jurnalistlər, qələm adamları heç vaxt (!) öz peşəsinə, dövlətinə, dövlət başçısına xəyanət etməyib, etməyəcək də! Xəyanət ölümdən betər bir şeydir və bunu sadəcə anlamaq lazımdır. Lakin Sevinc kimiləri üçün isə, xəyanət etmək ən adi bir məsələdir. Ondan bütün rəzillikləri, riyakarlıqları, ləyaqətsizlikləri gözləmək mümkündür.

Parlament seçkiləri bitər-bitməz ənənəyə uyğun olaraq, ötən bazar ertəsi AXCP sədri Ə.Kərimli yenidən "Osmanqızı" TV-də canlı yayıma çıxdı. Hər zaman olduğu kimi, bu dəfə də şər və böhtanlarını, qərəzli fikirlərini ictimaiyyətə sırımağa çalışdı. Amma uğursuz "siyasətçi" və istedadsız bloger yenə də xalqın virtual etirazı ilə qarşılaşdı.

Veriliş boyu "youtube" istifadəçiləri Ə.Kərimlinin fikirlərini rədd etdiklərini bildirir və canlı yayımı "dislike" edirdilər. Yayım ərzində, təxminən, 2100-dən artıq sosial şəbəkə fəalı Ə.Kərimlinin çıxışını bəyənmədiyini bildirdi. Baxmayaraq ki, başda S.Osmanqızı olmaqla, AXCP-nin bütün trolları "like" üçün insanlara yalvarırdılar, lakin bu da heç bir nəticə vermədi. Nəticədə aşağılayıcı ifadələrlə təhqir edildilər. Çünki onun danışdıqları və Osmanqızının qərəzli mövqeyi, efirdə əzilib-büzülməsi izləyicilərdə ancaq ikrah doğurur. Eyni zamanda, ötən 26 il ərzində baş verənlər pxisoloji olaraq insanların kəskin münasibətini ortaya qoyurdu...

Göründüyü kimi, Ə.Kərimli haqqında ictimaiyyətdə formalaşmış fikirlər, artıq müxalifət daxilində də yaranıb. Artıq hər kəs bilir ki, Ə.Kərimli elə 1992-ci ildəki adamdır, düşüncəsi və diktator xisləti ilə hələ də dəyişməyib.

Sevinc Osmanqızı - Əli Kərimli fərq yoxdur

Ə.Kərimli düşüncəsi, diktator xəslətliliyi eyni ilə S.Osmanqızında da var. Mütəmadi olaraq, sosial şəbəkələrdən istifadə edən insanlar, yaxşı bilirlər ki, Sevinc Osmanqızı yalan danışmağı çox yaxşı bacarır. Çünki Osmanqızı həmin 5-10 minlərin yaşadığı Azərbaycanın əleyhinə olan planlarda yer alıb. S.Osmanqızı bu qədər yalanla, Vətəni satmaqla qrant almaq birbaşa ermənilərin vurub partlatdığı vertolyotda şəhid olan atası Osman Mirzəyevin ruhunu təhqir etmiş olur. S.Osmanqızı - Ə.Kərimli satqınçılıq xarakterləri bir daha onu sübut edir ki, hər ikisi eyni bezin qırağıdır, fərq yoxdur.

Bir də dərk etməyə nə əqli, nə də əxlaqı imkan vermir. İllər böyu rusun, farsın, erməninin, ingilisin, amerikalının, norveçlinin maşası, quruqbulayanı ola, belə əxlaqsız və mənəviyyatını bütünlüklə qrantlara satan bir nakəsdən başqa nəyi gözləmək olar?! Pul müqabilində mitinqə qatılan 2800-3000 nəfər qaragüruhçunu, şəkil çəkdirib, ondan arayış alaraq, Avropaya "siyasi mühacir" statusunda getmək istəyən tör-töküntüləri xalqla səhv salan S.Osmanqızı, Ə.Kərimli kimi nəsli, nəcabətini erməniləşdirən nacinsdən nə gözləmək olar? Əslində, ortada təəccüblənəcək heç nə yoxdur.

İngilisdilli əyalət tribunası olan S.Osmanqızını nə qədər vəhşi, faşist adlandırsaq da, ondan da ağır bir söz axtarışına çıxdım. Tapdığım söz insan yox, İBLİS oldu. Bəli, S.Osmanqızı iblisdir. Çünki hətta "Sarkisyan belə, etiraf edir ki, Xocalıda insanları bilə-bilə qırıblar"- deyirsə, bu iblis və onun kimilər - Orduxanlar, Fəxrəddinlər, Vidadilər, Yunuslar, Xədicələr və sırası, mənşəyi bu ünsürlər erməni təəssübkeşləri bunu anlamır. Çünki bu qərəzli, üfunət dolu, idbar, antiAzərbaycan, yalnız qara-qura ilə məşğul olan bu iblis xislətlilərin hamısı Avropada oturub gecə-gündüz Azərbaycan əleyhinə aksiyalar təşkil etməklə hökumətin əleyhinə fikirlərlə daha çox qrant almaq davası aparmaqdadır. Və sonda bu satqınlar bilməlidirlər gec-tez xalqın qarşısında ən ağır cəzəlarını alacaqlar, özü də bağışlanılmayan cəzalarını!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə