Fevralın 18-də Qobustan seysmoloji stansiyasından 34 kilometr cənub-qərbdə - Şamaxı rayonunda maqnitudası 3.1 olan zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:21-də qeydə alınıb.

Ocağı 5 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə