Zakir Həsənov NATO-nun toplantısında iştirak edib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin Müdafiə nazirləri səviyyəsində təşkil edilən toplantıda iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə edilən son nailiyyətlər, missiyanın gələcəyi və digər məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə