“Səs” qəzeti müstəqil milli mətbuatımızın ilk qaranquşlarındandır TƏBRİK
“Səs” qəzetinin kollektivinə!
“Səs” qəzetinin fəaliyyətə başlamasının 29-cu ildönümü münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm.
29 illik fəaliyyəti dövründə milli mətbuatımızın tarixində və cəmiyyətin həyatında özünəməxsus rol oynayan “Səs” qəzetinin inkişaf yolunu və nailiyyətlərini təbii olaraq, milli mətbuatımızın keçdiyi keşməkeşli yoldan kənarda təsəvvür etmək və təhlil etmək mümkün deyil.
“Səs” qəzeti müstəqil milli mətbuatımızın ilk qaranquşlarından biridir. Fəaliyyətə başladığı vaxtdan bu günə qədər qəzet Heydər Əliyev yoluna, Prezident İlham Əliyevin siyasətinə və dövlətçilik prinsiplərinə sadiqdir və bu mövqe dəyişməzdir!
“Səs” qəzeti Azərbaycanda azad sözün keşiyində dayanan, mütərəqqi qəzetçilik ənənələrinin yaranmasına böyük töhfələr verən kütləvi informasiya vasitələri arasında da layiqli yerini almışdır. Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı qəzetin tarixində keyfiyyətcə yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. Həmin dövrdən etibarən Heydər Əliyev ideyalarının təbliği, hüquqi – demokratik dövlət quruculuğu yönümündə reallaşdırılan inamlı layihələr və həyata keçirilən sosial və iqtisadi islahatların uğurlu nəticələrinin ictimaiyyətə çatdırlması “Səs” qəzetinin fəaliyyətinin əsas istiqamətlərini təşkil etmişdir. Ölkəmizdə siyasi plüralizmin və demokratiyanın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna qəzetin töhfələrini də ayrıca vurğulamaq lazımdır.
Bir daha Baş redaktor Bəhruz Quliyevi və “Səs” qəzetinin kollektivini təbrik edir, şərəfli fəaliyyətində yeni-yeni nailiyyətlər arzu edirəm!
Xatirə Əliyeva
YAP Mətbuat Xidmətinin əməkdaşı,
Siyasi Elmlər üzrə Fəlsəfə doktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB