Bakıda bayram yarmarkaları fəaliyyətə başlayıb

Bakıda Yeni il münasibətilə bayram yarmarkaları fəaliyyətə başlayıb. SİA xəbər verir ki, artıq paytaxtın bir çox ərazilərində çadırlar qurulub. Bayram yarmarkaları əsasən insanların sıx olduğu yerlərdə və metrostansiyalarının yaxınlığında yerləşir.

Yarmarkaların təşkil edilməsində məqsəd bayram ərəfəsində küçələrdə pərakəndə satışın qarşını almaq və bazar qiymətləri ilə müqayisədə nisbətən ucuz məhsullar təqdim etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə