Bakıda mənzildən 47 yaşlı qadının meyiti tapılıb

Bakıda mənzildən 47 yaşlı qadının meyiti tapılıb

Bakıda mənzildən 47 yaşlı qadının meyiti tapılıb. SİA Fövqaladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, 112 qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1972-ci il təvəllüdlü Zülfüqarova Səlfinaz Hilal qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə