Millət vəkili ahılları təbrik etdi

Millət vəkili ahılları təbrik etdi

Bu gün Xəzər rayonunun Buzovna qəsəbəsində R. Axundov adına Mədəniyyət Evində Beynəlxalq Ahıllar Gününə həsr olunmuş "Multikulturalizm Buzovna Məkanında və Buzovna Ahılları Dolma Müsabiqəsinin Münsiflər Heyətində" adlı bayram tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Novruzov, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər Rayon təşkilatının sədri Namik Əhmədov, İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdiri Gülbala Qurbanov, Gənclər İdarəsinin rəisi Vüqar Əliyev, Buzovna kəndinin axundu Hacı Soltan Əlizadə, İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri cənab Əsğər Farsi, Qazaxıstan Respublikasının Azərbaycandakı Səfirliyinin əməkdaşları-Müvəqqəti İşlər Vəkili Darxan Kuşerbayev, Referent Bəxtiyar Nurəhmədov, Rus Mədəniyyət Mərkəzinin direktoru Qalina Yakovlevna Manafova və Buzovna qəsəbəsinin ahılları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Xəzər Rayon İH-i başçısının müavini Vüqar Novruzov tədbir iştirakçılarını Ahıllar günü münasibəti ilə təbrik edib və Azərbaycanda ahılların sosial vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar dövət tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.

Millət vəkil Rauf Əliyev tədbir iştirakçılarını salamlayaraq tədbirdə iştirak edən ahılları Beynəlxalq Ahıllar Günü münasibəti ilə təbrik etdi onlara ən xoş arzularını bildirib. Azərbaycanın milli yeməyi olan dolmanın UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olması ilə əlaqədar keçirilən Dolma müsabiqəsində Buzovna qəsəbəsində yerləşən 14 saylı Birləşmiş Şəhər Poliknikası, 244 saylı uşaq bağçası, Respublika Uşaq Sanatoriyası, Xəzər Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin 3 saylı Filialı, Əfqan Əliyev adına 125 saylı tam orta məktəb, Emin Əliyev adına 234 saylı tam orta məktəb, 322 saylı tam orta məktəb, İftiğar Tağıyev adına 26 saylı tam orta məktəb, Hatəm İsgəndərov adına 206 saylı tam orta məktəb, 8 saylı xüsusi tipli internat məktəbinin kollektivi iştirak edirdi. Gözəl, bir-birindən ləziz dolmalarlala bəzədilmiş süfrələr münsiflər heyəti tərəfindən qiymətləndirilid. Müsabiqənin qalibləri Fəxri Fərmanlarla mükafatlandırılıb.

Tədbirin sonunda Rayon İcra Hakimiyyəti adından ahıllara bayram sovqatları təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə