Bu gün Azərbaycanda yay fəsli başlayacaq. SİA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, ölkəmizə yay fəsli bu gün saat 19:54-də daxil olacaq.

Yay fəslinin daxil olması ilə yaz yekunlaşacaq.

Xatırladaq ki, yaz fəsli ölkəmizə martın 21-i gecə saat 01:58-də daxil olmuşdu.

Qeyd edək ki, bu il sentyabrın 23-ü 11:50-də payız, dekabrın 22-si 08:19-da isə qış fəsli ölkəmizə qədəm qoyacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə