Madrid UEFA oyunlarında Bakıya məğlub oldu İNOPRESSA

Madrid UEFA oyunlarında Bakıya məğlub oldu İNOPRESSA

Bir həftə ərzində UEFA-nın təşkilatçılığı ilə iki böyük qarşılaşma - 29 mayda Bakıda Avropa Liqasının finalı və iyunun 1-də Madriddə Çempionlar Liqası finalını keçirdi. Finalda ingilislər idi. Bakıda keçirilən ilk oyunda "Çelsi" "Arsenal"ı 4:1, Madriddə keçirilən ikinci oyunda isə "Liverpul" "Tottenhem"i 2:0 hesabı ilə məğlub etdi. Hər iki oyun maraqlı idi və oyunçular özlərini yetərincə nümayiş etdirdilər. Lakin finalın təşkilati məsələləri bir-birindən çox fərqlənirdi.

Bəzi futbol mütəxəssisləri, məsələn "Liverpul"un almaniyalı baş məşqçisi Klopp Avropa Liqasının finalının Azərbaycanda keçirilməsi seçimini qınadılar. Halbuki Kloppun nə özü, nə də oyunçuları Bakıda bircə dəfə də olsun çıxış etməmişdilər və bu şəhərlə tanış deyildilər. Buna baxmayaraq UEFA-nın Bakı finalının uğursuz seçim olduğunu deyirdilər. Azarkeşlər də Azərbaycanın paytaxtına gəlməklə bağlı heç bir problem yaşamadılar. Yarışın təşkilində heç bir problem olmadığı üçün fanatlar fan zonalara və stadiona asanlıqla gəldilər, hər kəs oyun, stadion və futbol əyləncəsindən məmnun qaldı.

Madriddə isə fərqli durum yaşandı, finala gələn "Liverpul" və "Tottenhem" azarkeşləri dəhşətli tıxaclar səbəbindən stadiona gəlməkdə çətinliklər yaşadılar, bir çoxu isə yubanmaq məcburiyyətində qaldılar.

İngiltərəli futbol mütəxəssis Brian Hurley BBC-yə verdiyi müsahibəsində Madriddə yaşananları "cəhənnəm" adlandırıb: "Çempionlar Liqasının tarixindəki ən pis matç idi. Bakı finalı barədə isə bunu demək olmaz, Azərbaycanın paytaxtına, oyunun keçirildiyi arenaya məsafə çox uzaq olmasına baxmayaraq oyun əla təşkil edilmişdi. Şəhər təmiz, təhlükəsiz və stadion çox rahat idi. Mən "Çelsi" və "Arsenal" arasında keçirilən oyuna baxmaq üçün Bakıya gələn on minlərlə azarkeşin təhlükəsizliyi, təşkilati və infrastruktur səviyyəsindən məmnun oldum".

"Bakı Olimpiya stadionu dünya səviyyəlidir, bütün standartlara cavab verir", - Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Crofts bildirib.

"Futbol ab-havası çox gözəl və sevindirici idi. Oyun, final, Bakı çox gözəl idi, bu şəhərə xoş gəldim. Burada hər şey ürəyincədir. Bu, böyük bir səfər idi", deyə "Arsenal"ın Richard Scales adlı pərəstişkarı bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə