Hava əksər bölgələrdə yağıntılı olub

Hava əksər bölgələrdə yağıntılı olub

May ayının 11-i səhər saat 08.00-a olan məlumata əsasən respublikanın əksər bölgələrində yağıntılı hava şəraiti davam edib, ayrı-ayrı rayonlarda leysan xarakterli olub. SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazrirliyindən verilən məlumata görə, ən çox düşən yağıntının miqdarı Zaqatalada 58 mm, Balakəndə 49 mm, Şəmkirdə 26 mm, Kişçayda 23 mm, Lerikdə 11 mm təşkil edib.

Digər bölgələrdə 1.0-8.0 mm olub.

Abşeron yarımadasında səhər saat 0.7 radələrində Zabratda, Binədə 0.4 mm, Maştağada 1.0 mm, Bakıda 3.0 mm yağış qeydə alınıb.

Ayın 11-də gündüz əksər rayonlarda yağıntılar kəsiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə